“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.08.2013, 09:55
1641

21 avqust

A- A+

21 avqust 1997 - Görkəmli rus aktyoru, məşhur sirk ustası, kloun Yuri Nikulin vəfat edib...

Azərbaycan

 

21 avqust 1930 – Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatları laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930-15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru işləyib.  Azərbaycan ədəbiyyatşünaslığının inkişafında xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.  

 

21 avqust 1951 - Əməkdar artist Təvəkkül Əliyev (1951 – 22.1.2017) anadan olub. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında fəaliyyət göstərib.

 

21 avqust 1964 - Tanınmış jurnalist, yazıçı-publisist, şair, Əməkdar mədəniyyət işçisi Rəşad Müseyib oğlu Məcidov Ağcabədi rayonunda anadan olub. “525-ci qəzet”in baş redaktoru, 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Kitabları: “Hələ ki vaxt var", "10 sentyabr", "Əlvida və salam", "Dəlicəsinə".

 

Dünya

 

21 avqust 1871 — Rus yazıçısı Leonid Andreyev (1871-1919) anadan olub. Rus ədəbiyyatında ekspressionizmin banisi sayılır. Əsərləri: “İuda İskariot və başqaları” (roman), “Savva”, “Bizim həyatın günləri” pyes) və s.

 

21 avqust 1913 - Rus yazıçısı və dramaturqu Viktor Rozov (1913-2004) anadan olub. Dramaturqun “Ədəbi yaşayanlar” pyesi əsasında çəkilmiş “Durnalar uçur” ekran əsəri Kann kinofestivalının qalibi olmuş (1958) yeganə sovet filmidir.

 

21 avqust 1925 — Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925-2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.

 

21 avqust 1929 — Məşhur latış aktrisası, SSRİ Xalq artisti Viya Artmane (Vija Artmane; 1929-2008) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Edqar və Kristina”, “Robin Qudun oxları” və s.

 

21 avqust 1997 - Görkəmli rus aktyoru, məşhur sirk ustası, kloun Yuri Nikulin (18.12.1921 - 1997) vəfat edib. Uzun illər Moskva Sirkinə rəhbərlik edib. Çəkildiyi filmlər: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. 

 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi