“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.08.2013, 10:46
1519

18 avqust

A- A+

18 avqust 1850 - Böyük fransız yazıçısı Onore de Balzak vəfat edib...

Azərbaycan

 

18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust fərmanı ilə təsis olunub. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib. Prezident Heydər Əliyevin 2002-ci il 31 iyul tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti yaradılıb.

 

18 avqust 1946 – Tanınmış ədəbiyyatşünas alim, türkoloq, professor Kamil Vəli Nərimanoğlu Cəbrayıl rayonunda anadan olub. BDU-nun Аzərbаycаn dilçiliyi kаfеdrаsının müdiri olub. 1990-cı ildən Türkiyədə, Şimali Kiprdə universitetlərdə çalışır. Türk Dil Qurumunun üzvüdür. 40-dək kitаbın müəllifidir.

 

18 avqust 1991 - Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 5.5.1905 - 1991) vəfat edib. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarının, bir çox elmi-tədqiqat əsərlərinin müəllifidir.

 

18 avqust 2006 – Prezident İlham Əliyev “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalayıb.
 

Dünya

 

18 avqust 1750 - İtalyan əsilli Avstriya bəstəkarı Antonio Salyeri (1750-1825) anadan olub. Tarixdə yazdığı musiqi əsərlərindən daha çox dahi bəstəkar Volfqanq Amadey Motsartla düşmənçiliyi ilə yadda qalıb.

 

18 avqust 1850 - Böyük fransız yazıçısı Onore de Balzak (Honore de Balzac 20.5.1799 - 1850) vəfat edib. “Bəşəri komediya" silsiləsindən əsərləri («Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb.

 

18 avqust 1922 - Fransız kinorejissoru, yazıçı Alen Rob-Qriye (Alain Robbe-Grillet, 1922-2008) anadan olub. Filmləri: “Anjelika”. “Odla oyun” və s.

 

18 avqust 1933 - Polyak (yahudi) əsilli Amerika kinorejissoru Roman Polanski (əsl adı Rajmund Roman Liebling) anadan olub. Filmləri: “Acı ay”, “Çin məhəlləsi”, “Pianoçu” (Kann kinofestivalının qalibi və “Oskar” laureatı), “Dalan” (Berlin kinofestivalının qalibi) və s.

 

18 avqust 1937 - Amerika rejissoru və aktyoru Robert Redford (Charles Robert Redford) anadan olub. “Adi adamlar” filminin rejissor kimi “Oskar” qazanıb. Çəkildiyi filmlər: “Brubeyker”, “Ədəbsiz təklif” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi