“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.10.2020, 12:00
429

Dağ yəhudiləri Vətən müharibəsində qardaşları ilə çiyin-çiyinə döyüşür

A- A+

"Kim ki, bu torpaqda böyüyür, Azərbaycanın çörəyini yeyib havasını udur, Vətəni qorumağa borcludur..."


 

Televiziyada dağ yəhudisi Daniel Zarbailovun çıxışını qürurla izlədim. Döyüşçü Daniel o sözləri Qırmızı qəsəbədə yaşayan bütün gənclərin dilindən söylədi. Dağ yəhudiləri də Vətən müharibəsində qardaşları ilə çiyin-çiyinə ön cəbhədə döyüşür. Bu, tarixən belə olub və bundan sonra da belə olacaq. Vətənimiz uğrunda döyüşlərdə şəhidlər vermişik və birlikdə qələbələr qazanmışıq. Dağ yəhudisi Albert Aqarunov Qarabağda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kim ki, bu torpaqda böyüyür, Azərbaycanın çörəyini yeyib havasını udur, Vətəni qorumağa borcludur.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 saylı məktəbin direktoru Yavuşva Simanduyev söyləyib.

Yavuşva Simanduyev bildirib ki, bu gün hamımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməlidir.

“Çox sevinirəm ki, Qarabağımız azad olunur. Hər gün biz sinaqoqlarda əsgərlərimizin qələbə qazanması, düşmənlərin xar olması üçün dua edirik. Çox sevinirik ki, bu haqq savaşında türk və israilli qardaşlarımız bizim yanımızdadır. Onlar haqqı müdafiə edirlər. Əminəm ki, tezliklə qalib gələcəyik. Yaxın zamanda Şuşada bütün xalqımız əl-ələ verib Qələbə bayramını qeyd edəcəyik”, - deyə Yavuşva Simanduyev söyləyib.

Xəbərlər
Redaktorun seçimi