“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.11.2014, 19:11
1867

Şamaxı xanlığı

A- A+

Şamaxı (Şirvan) xanlığı yerli feodalların və şəhər əyanlarının xarici və ölkə daxilindəki düşmənlərə qarşı apardıqları inadlı mübarizənin gedişində yarandı. Bir neçə əsr Şirvanşahlar dövlətinin paytaxtı, sonralar isə Şirvan bəylərbəyliyinin mərkəzi olmuş Şamaxı şəhəri, XVIII əsrin sonlarınadək həm iqtisadi, həm də ticarət baxımından öz üstünlüyünü saxlamışdı.

Nadir şah dövlətinin süqutundan sonra Şamaxının siyasi həyatında köklü dəyişikliklər baş verdi. Nisbətən kiçik ərazidə iki xanlıq yarandı: mərkəzi Ağsu olmaqla Yeni Şamaxı və mərkəzi Şamaxı olmaqla köhnə Şamaxı xanlığı.

Şamaxıda mövcud olan ikihakimiyyətlilik uzun müddət davam edə bilməzdi. 1763-cü ildə Köhnə Şamaxıda möhkəmlənən Məhəmməd Səid xan Yeni Şamaxını alıb, Köhnə Şamaxıya birləşdirdi. Köhnə Şamaxı isə yeni xanlığın mərkəzi oldu.

Lakin hadisələrin gedişi göstərdi ki, Şamaxı qonşu feodalların hücumu üçün açıqdır. Tez-tez baş verən basqınlar onun iqtisadi inkişafına ziyan vururdu.

1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və xanlığın ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.

 

Xəbərlər
Redaktorun seçimi