“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.11.2014, 19:17
1775

İrəvan xanlığı

A- A+

İrəvan xanlığı Çuxursəd bəylərbəyliyi əsasında təşəkkül tapmışdı. Nadir şah qətlə yetirildikdən sonra, İrəvanda İran ağalığına qarşı üsyana başçılıq edən yerli feodal Mir Mehdi xan özünü xan elan edərək, müstəqil İrəvan xanlığının əsasını qoydu. Lakin İrəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün ərazilərini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi.

Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları təşkil edirdi. Xanlıq 15 mahala bölünmüşdü. Mərkəzi İrəvan şəhəri idi.

Mirmehdi xandan sonra hakimiyyətə Hüseyinli xan gəlmişdir. 1795-ci ildə Ağaməhəmməd Xan Qacar İrəvan xanlığına hücum etmiş, həmin dövrdə İrəvan xanı Məhəmməd xanı hakiməyyətdən uzaqlaşdırmışdır.

1797-ci ildə Ağaməhəmməd şah Qacarın ölümündən sonra Məhəmməd xan hakimiyyətini bərpa etmişdir.

 

Xəbərlər
Redaktorun seçimi