Dərbənd xanlığı
Dərbənd xanlığının banisi Məhəmmədhüseyn xan özünün amansız daxili siyasəti ilə istər zəhmətkeş kütlələrin, istərsə də feodal təbəqənin bir çox nümayəndələrinin nifrətini qazanmışdı.
1759-cu ildə dərbəndlilərin xahişi ilə qubalı Fətəli xan Dərbəndə hərbi yürüş etdi. Dərbəndlilərin köməyi ilə şəhər Fətəli xanın əlinə keçdi.
Bu hadisədən sonra, demək olar ki, Azərbaycanın şimal xanlıqlarının Rusiyaya birləşdirilməsinədək Dərbənd və Quba xanlıqları vahid bir dövlət oldular.