Təbriz xanlığı
Təbriz xanlığı XVIII əsrin ortalarında yaradılmış, mərkəzi Təbriz şəhəri olmuşdur.
Banisi Dünbüli tayfasının görkəmli nümayəndəsi Nəcəfqulu xan (1745-1780) olmuşdur. O, Təbrizdə urmiyalı Fətəli xan Əfşarın fəal yardımı ilə möhkəmlənmişdi. Buna görə də müəyyən vaxt ərzində Təbriz xanlığı Urmiya xanlığından asılı vəziyyətdə olmuşdu.
1763-cü ildə Fətəli xan Əfşar Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra Təbriz xanlığı tam müstəqillik qazandı.
Xanlıq inzibati cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü.