“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.04.2013, 09:55
1571

14 aprel

A- A+

14 aprel 1930 - Məşhur rus şairi Vladimir Mayakovski intihar edib...

Azərbaycan

 

14 aprel 1870 - Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 - 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləıvi kitabxananı təşkil edib. "Nadanlıq", "Nadir şah", “Bahadır və Sona”, “Şamdan bəy”və s. əsərlərin müəllifidir. Azərbaycan SSR Xalq Komissarları Şurasının sədrı (1920-1922), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri (1922-1925) olub.

 

14 aprel 1907 –  Xalq artisti Fatma Qədri (1907-1968) anadan olub. Fatma Qədri səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. 1932-ci ildən Bakı Rus Dram Teatrında, 1935-ci ildən Dövlət Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.

 

14 aprel 1952 - Telejurnalist, Milli Qəhrəman Alı Mustafa oğlu Mustafayev (1952-20.11.1991) Qazax rayonunda doğulub. 1991-ci ilin 20 noyabrında erməni silahlı qüvvələri tərəfindən Qarakənd (Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Xocavənd (Martuni) rayonu) səmasında vurulmuş vertolyotda həlak olub.

 

Dünya

 

14 aprel 1744 - Rus dramaturgiyasının banilərindən Denis İvanoviç Fonvizin (1744-1792) anadan olub. Pyesləri: “Gənc cahil”, “Briqadir”.

 

14 aprel 1889 - Məşhur ingilis tarixçisi və sosioloqu Arnold Cozef Toynbi (Arnold Joseph Toynbee, 1889-1975) anadan olub. Sivilizasiyaların tarixindən bəhs edən “Tarixin dərk olunması” adlı 12 cildlik əsərin müəllifidir.

 

14 aprel 1925 - Amerika aktyoru, dəfələrlə «Oskar» mükafatının laureatı Rod Stayger (Rodney Stephen Steiger, 1925-2002) anadan olub. “Al Kapone”, “Vaterloo”, “Doktor Jivaqo” flimlərində çəkilib.

 

14 aprel 1930 - Tanınmış Litva kinorejissoru Vitautas Jalakyəviçus (1930-1996) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Bu şirin söz - azadlıq” (filmdə azərbaycanlı aktyorlar Rasim Balayev, Cahangir Mehdiyev, Eldar Əliyev çəkiliblər) və s.

 

14 aprel 1930 - Məşhur rus şairi Vladimir Vladimiroviç Mayakovski (19.7.1893, Kutaisi - 1930) vəfat (intihar) edib. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı”. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi