“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.04.2013, 09:16
1127

20 aprel

A- A+

20 aprel 1916 - Xalq artisti, görkəmli aktrisa Nəsibə Zeynalova anadan olub...

Azərbaycan

 

20 aprel 1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894-14.2.1980) Naxçıvanda anadan olub. ”Bakıda küləklər əsir” (Şahmar bəy), “Qanun naminə” (Qaloş) və s. filmlərdə çəkilib, "Səbuhi", "Arşın mal alan” (1945), "Onu bağışlamaq olarmı?" və s. filmlərin rejissorudur.  

 

20 aprel 1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub. Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib.

 

20 aprel 1907 - Xalq şairi Məmməd Rahim (1907-6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında", "Natəvan" poemalarının, “Xaqani" mənzum dramının müəllifidir. Rus dilindən ədəbi tərcümələr  edib.

 

20 aprel 1916 - Xalq artisti, milli teatr sənətimizin görkəmli nümayəndəsi Nəsibə Cahangir qızı Zeynalova (1916-10.3.2004) anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb, Züleyxa (“Ulduz"), Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Cəhri xala ("Altı qızın biri Pəri"), Qızbacı ("Hicran") kimi rolları ilə yadda qalıb. "Ögey ana" (Fatmanisə), "Böyük dayaq" (Telli), "Ulduz" (Züleyxa), “Qanun naminə (Şəhla xanım), "Qaynana" (Cənnət xala), “Yuxu” (Məsmə) və s. filmlərdə maraqlı obrazlar qalereyası yaradıb.

 

20 aprel 1920 - Yazıçı-dramaturq Xanımana Sabir qızı Əlibəyli (1920 – 7.5.2007) Bakıda doğulub.  Uşaqlar üçün 30-dək kitabın, o cümlədən "Ulduzların qucağında", "Bir yay səhəri", "Çoxbilmiş çəpişlər", "Məni günəşə at!", "Meşə həkimi" poemaları, "Gözəllər gözəli", "Aycan", "Dovşanın ad günü", "Cunquş", "Durnalar lələk salır", "Meyvələrin şahı" və s. dram əsərlərinin müəllifidir.

 

20 aprel 1926 - Tanınmış tarzən Əlikram Həsən oğlu Hüseynov (1926-2006) anadan olub.

 

20 aprel 1929 - Yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseyn oğlu Hüseynov anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Məmməd, Məmiş”, “Ailə gizlinləri”, “Doktor N”, “Tamaşalı oyunlar” və s. romanların müəllifidir. Moskvada yaşayır, Moskva Dövlət Universitetinin filologiya fakültəsində dərs deyir.

 

20 aprel 1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlu (31.3.1861, Şuşa -1944) vəfat edib.

 

20 aprel 1959 - Xalq artisti Zemfira Əli qızı Nərimanova Bakıda doğulub. 1980-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Teatrla yanaşı, televiziya tamaşalarında (Sarıköynək - "Sarıköynəklə Valehin nağılı", Nərminə - "Göz həkimi" və s.), filmlərdə (“İtkin gəlin“, “Otel otağı”) maraqlı rollar oynayıb.

 

20 aprel 1991 - Ali Sovetin deputatları, görkəmli alimlər Aydın Məmmədov və Dilarə Əliyeva Qax rayonu ərazisində avtomobil qəzasında həlak olublar.    

 

20 aprel 1997 - Prezident Heydər Əliyev “Kitabi Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd olunması haqqında fərman imzalayıb. Tarixi yubiley 2000-ci ilin aprelində UNESCO səviyyəsində qeyd olundu.

 

Dünya

 

20 aprel 1927 - Məşhur rus aktyoru Pavel Borisoviç Luspekayev (1927-1970) anadan olub. Ayaqları amputasiya olunmuş halda “Səhranın bəyaz günəşi” filmində (Pavel Vereşşaqin) çəkilib.

 

20 aprel 1943 – Tanınmış ingilis dirijoru Con Eliot Qardner (John Eliot Gardiner) anadan olub. Boston simfonik orkestrinə, Vyana filarmoniya orkestrinə rəhbərlik edib.

 

20 aprel 1949 - Amerika kinoaktrisası Cessika Lenq (Jessica Lange) anadan olib. İki dəfə “Oskar” mükafatın (“Tutsi”, “Mavi səma”) layiq görülüb. Digər filmləri: “Kinq-Konq”, “Şirin arzular, “”Poçtalyon iki dəfə zəng çalır”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad edirlər

04.12.2020, 17:00 6

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 33

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 7

Azərbaycanda milli azlıqlara münasibətdə multikulturalizm siyasəti həyata keçirilir

28.11.2020, 17:00 9

İngiltərədəki azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib

28.11.2020, 16:00 9

Salamat qalan dağlar, biz qayıtdıq...

27.11.2020, 12:00 205

Dağıdılmış şəhərləri, rayonları yenidən dirçəldəcəyik

26.11.2020, 13:00 199

Dini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrlə bağlı birgə bəyanat veriblər

25.11.2020, 09:00 25

Dağ yəhudiləri icması ermənilərin ekoloji terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

24.11.2020, 20:00 10

Regionda yeni, çox ümidverici şərait yaranıb

22.11.2020, 12:00 419

Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır

20.11.2020, 15:00 425

Bakıdakı rus pravoslav kilsəsində “Qələbəyə görə Allaha təşəkkür messası”

15.11.2020, 19:00 33

Fəxrlə deyirik ki, bəli, biz azərbaycanlıyıq

15.11.2020, 12:00 18

Bütün azərbaycanlı həmvətənlərimizi Qələbə günü münasibətilə təbrik edirik

15.11.2020, 10:00 17

Ölkəmizdəki xristian mirasının qorunması diqqətdə saxlanılır

14.11.2020, 11:00 45

Redaktorun seçimi