“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.04.2013, 11:24
1775

28 aprel

A- A+

28 aprel 1917 - Xalq artisti Məhluqə Sadıqova anadan olub. 50 ildən çox Akademik Milli Dram Teatrında çalışıb...

Azərbaycan

 

28 aprel 1916 - Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 - 9.2.1970) anadan olub.

 

28 aprel 1917 - Xalq artisti Məhluqə Sadıqova (1917 - 15.8.2003) anadan olub. 50 ildən çox Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda məşhur “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

 

28 aprel 1920 - Məşhur tarzən, Xalq artisti Hacı Məmmədov (1920 - 2.8.1981) Şamaxıda doğulub. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda, tanınmış həkim-cərrah olub.

 

28 aprel 1920 - Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920-28.1.1987) anadan olub.

 

28 aprel 1921 – Görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Məmməd Tağı oğlu Tağıyev (1921 - 28.9.1994) Samux rayonunun Samux kəndində doğulub. “Azərbaycanca-rusca lüğət”in (4 cild) redaktoru, “Rusca-azərbaycanca frazeolji lüğət”in tərtibçisi, dilçiliyin müxtəlif sahələrinə dair tədqiqatların müəllifidir. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) rektoru olub.

 

28 aprel 1925 – Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 - 6.7.1994) Lerik rayonun Kürdəsər kəndində doğulub. Əsərləri: “Dağlar oğlu”, “Torpağın ətri”, “Döyüşən illər” (romanlar), “Prokuror”, “Ana fəryadı” (pyeslər). 

 

28 aprel 1929 - Dilçi alim, türkoloq, AMEA-nın müxbir üzvü Zərifə İsmayıl qızı Budaqova (1929-1989) İrəvanda anadan olub. Rus dilində yazdığı "Azərbaycan dilinin qrammatikası” monoqrafiyası bir sıra xarici dillərə tərcümə edilib.

 

28 aprel 1935 - Şair Mir Sabir (Mirsabir Mirfərəc oğlu Nağıyev) anadan olub. 

 

28 aprel 1956 - Tarzən Gülağa Tapdıq oğlu Zeynalov (1956 - 2.1.2015) Şuşa şəhərində doğulub. Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “İnstrumental ifaçılıq” kafedrasının müdiri olub.

 

Dünya

 

28 aprel 1848 - Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte, 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.

 

28 aprel 1902 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Valentina Aleksandrovna Oseyeva (1902-1969) anadan olub. Əsərləri: “Vasek Trubacev və onun dostları” (povest), “Sehrli söz”, “Ata ködəkçəsi”, “Mənim dostum” (hekayələr toplusu).

 

28 aprel 1902 - Norveç yazıçısı Yohan Borgen (Johan Borgen, 1902-1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.

 

28 aprel 1924 - Məşhur Litva aktyoru Donatas Banionis anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Sakit mövsüm”, “Solyaris”, “Mister Mak-Kinlinin qaçışı” və s.

 

28 aprel 1952 - Amerika aktrisası Meri Makdonnel (Mary Eileen McDonnell) anadan olub. 

 

28 aprel 1974 - Məşhur ispan kinoaktrisası, «Oskar» mükafatı laureatı Penelope Krus (Penelope Cruz Sanchez) anadan olub. Filmləri: “Canlı bədən”, “Gözlərini aç”, “Anam haqqında hər şey”,  “Viki Kristina Barselona” (“Oskar”, 2009). 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi