“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.07.2013, 10:03
1725

19 iyul

A- A+

19 iyul 1893 – Məşhur rus şairi Vladimir Mayakovski Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub...

Azərbaycan

 

19 iyul 1915 - Tanınmış opera müğənnisi, Xalq artisti Ağababa Balağa oğlu Bünyadzadə (1915 - 17.12.1974) Bakıda anadan olub. Opera və Balet Teatrında Azərbaycan və dünya bəstəkarlarının operalarında əsas partiyaları ifa edib: "Leyli və Məcnun" (Nofəl), "Koroğlu" (Həsənxan və Alı); “Şahsənəm" (Xan); "Sevilya bərbəri" (Fiqaro);  "Karmen" (Eskamilyo);  "Otello" (Yaqo) və s.

 

19 iyul 1945 - Professor, musiqişünas, ilk azərbaycanlı qadın - violonçel ifaçısı Nəzmiyyə Müzəffər qızı Abbaszadə anadan olub. 1990-1999-cu illərdə Bakı Musiqi Akademiyasının simli alətlər kafedrasının müdiri olub, ifaçılıq fakültəsinin dekanıdır. 1998-ci ildən BMA-nın professordur.

 

Dünya

 

19 iyul 1834 - Fransız rəssamı və heykəltəraşı Edqar Deqa (Edgar Degas - Hilaire Germain de Gas; 1834-1917) anadan olub.

 

19 iyul 1898 - Alman filosofu və sosioloqu Herbert Markuze (Herbert Marcuse, 1898-1979) anadan olub. Qərbdə sol ekstremist cərəyanların ideoloqu, marksist, freydist, ekzistensialist kimi tanınıb.

 

19 iyul 1893 – Məşhur rus şairi Vladimir Vladimiriroviç Mayakovski (1893 - 14.4.1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s. 1930-cu il aprelin 14-də intihar edib.

 

19 iyul 1934 - Rusiyanın Xalq artisti, məşhur aktyor Aleksandr Şirvindt anadan olub. Filmləri: “Xoş təsadüf, və ya həmişə təmizlikdə”, “On iki stul”, “Fleyta üçün unudulmuş melodiya”, “Arvadbaz” və s.

 

19 iyul 1938 – Məşhur gürcü müğənnisi, bəstəkar, aktyor Vaxtanq Konstantinoviç Kikabidze anadan olub. İlk dəfə G.Daneliyanın “Qəm yemə” filmində (1969) çəkilib. 1977-ci ildə həmin rejissorun “Mimino” filmində baş rolu oynamaqla geniş şöhrət (SSRİ Dövlət mükafatı) qazanıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi