“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.07.2013, 10:38
1694

15 iyul

A- A+

15 iyul 1915 - Tanınmış rəssam və heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı Şuşada anadan olub...

Azərbaycan

 

15 iyul 1915 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış rəssam və heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1915-2001) Şuşada anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.

 

15 iyul 1925 - Azərbaycanın Xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev (1925-1994) anadan olub. 1953-cü ildən Opera və Balet Teatrının solisti işləyib, bir çox xarici ölkələrdə çıxış edib.

 

15 iyul 1926 - Xalq artisti Sədayə Mustafayeva (1926- 13.8.2004) Şəkidə anadan olub. Şəki, Ağdaş, Göyçay, Gəncə teatrlarında çalışıb, bir sıra filmlərdə ("Mən ki gözəl deyildim" - Gözəl, "Qayınana" - Mülayim, "Şərikli çörək" - Şamama, "Ölsəm, bağışla" - Ana, "Ağ atlı oğlan" - Nənə, "Həm ziyarət, həm ticarət" - Ana və s.) yaddaqalan obrazlar yaradıb.

 

15 iyul 1930 - Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev anadan olub. “Bakı-90” simfoniyası, Skripka, viola və simfonik orkestr üçün ikili konsert, Kamera orkestri üçün “Noktürn” və s. əsərlərin müəllifidir. Dövlət Filarmoniyasında bədii rəhbər, Akademik Opera və Balet Teatrının direktoru olub.

 

15 iyul 1952 - “Kirpi” satirik jurnalı nəşrə başlayıb.

 

Dünya

 

15 iyul 1606 - Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn, 1606-04.10.1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Lazarın dirilməsi”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması”, “Azğın oğulun qayıtması” və s.

 

15 iyul 1901 - İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından biri Nikola Abbanyano (Nicola Abbagnano, 1901-1990) anadan olub. Əsərləri: “Fəlsəfınin müdrikliyi və həyatımızın problemi”, “Həyatın müdrikliyi” və s.

 

15 iyul 1904 - Görkəmli rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (29.1.1860 -1904) vəfat edib. “İtgəzdirən qadın”, “6 nömrəli palata”, “Qılaflı adam” və s. hekayələrin, “Qağayı”, “Vanya dayı”, “Üç bacı”, “Alnalı bağı” pyeslərinin müəllifidir. 

 

15 iyul 1910 - Yaponiya kinorejissoru Satsuo Yamamoto (Satsuo Yamamoto, 1910-1983) anadan olub. Filmləri: “Hərb və sülh”, “İmperatorsuz avqust” və s.

 

15 iyul 1919 - İngilis yazıçısı Ayris Merdok (Jean Iris Murdoch; 1919-1999) anadan olub. “Tor altında”, “Yabanı qızılgül”, “Dəniz, dəniz”, “Mələklər zamanı”, “Qara şahzadə” və s. romanların müəllifidir.

 

15 iyul 1924 - Məşhur çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esenbayev (1924-2000) doğum günüdür. "Azərbaycanfilm" kinostudiyasında məşhur rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (1962, rejissor Tofiq Tağlzadə) çəkilib. Baş rolda M.Esenbayev özü çəkilib.

 

15 iyul 1946 - Amerika pop-müğənnisi, 11 dəfə «Qremi» musiqi mükafatının laureatı Linda Ronstadt (Linda Marie Ronstadt) anadan olub.

 

15 iyul 1962 - Danimarkalı aktrisa və fotomodel Brigitta Nilsen (Brigitte Nielsen) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi