1 iyul
1 iyul 1751 - Fransız maarifçiləri Deni Didro və Jan Leron D’Alamber tərəfindən hazırlanan «Ensiklopediya»nın ilk cildi çapdan çıxıb...
Azərbaycan
İyulun ilk bazar günü - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günüdür. 1858-ci ilin iyulunda Bakıda Xəzər gəmiçiliyi idarəsi fəaliyyətə başlayıb. Prezident Heydər Əliyevin 2 iyul 1998-ci il tarixli sərəncamına əsasən, iyul ayının birinci bazar günü Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü elan edilib.
1 iyul 1909 - Tanınmış alim, akademik Rüstəm İsmayılov (1909-1972) anadan olub. 1967-1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub.
1 iyul 1925 - Ədəbiyyatşünas alim, tərcüməçi Pənah İmran oğlu Xəlilov Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub.
1 iyul 1926 - Bakıda "Komsomol" adlı aylıq ədəbi, siyasi və elmi jurnalın 1-ci sayı çapdan çıxıb.
1 iyul 1948 – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev anadan olub. İncəsənət tariximizə dair tədqiqatların, kitabların (“Sənətin Məcnunu” – Səttar Bəhlulzadə haqqında, “Azərbaycan incəsənəti” – uşaqlar üçün ensiklopedik toplu və s.) müəllifidir.
Dünya
1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz, 1646-1716) anadan olub.
1 iyul 1751 - Fransız maarifçiləri Deni Didro və Jan Leron D’Alamber tərəfindən hazırlanan və dünya mədəniyyəti tarixində mühüm hadisə sayılan «Ensiklopediya» («Elm, incəsənət və sənətlərin izahlı lüğəti») kitabının ilk cildi çapdan çıxıb.
1 iyul 1862 - Moskva Kitabxanası (Rusiya Dövlət Kitabxanası) fəaliyyətə başlayıb. Dünyanın ən böyük kitabxanalarından biridir, fondlarında 247 dildə 17 milyon nüsxə kitab, ümumilikdə 43 milyon müxtəlif nəşr saxlanılır.
1 iyul 1804 - Məşhur fransız yazıçısı Jorj Sand (əsl adı Amandina Avrora Düpen) - (George Sand - Amantine-Aurore-Lucile Dupin de Francueil; 1804-1876) anadan olub. Əsərləri: “Roz və Blanş”, “İndiana”, Leliya”, “Konsuelo” və s. romanlar.
1 iyul 1889 - Rus heykəltəraşı, məşhur «Fəhlə və kolxozçu qadın» əsərinin müəlliflərindən biri Vera Muxina (1889-1953) anadan olub.
1 iyul 1892 - Amerika yazıçısı Ceyms Keyn (James Mallahan Cain, 1892-1977) anadan olub. Dedektiv əsərlərin müəllifidir. “Poçtalyon həmişə iki dəfə zəng çalır” əsəri üzrə məşhur film çəkilib.
1 iyul 1902 — Amerika rejissoru, prodüser Uilyam Uayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar” mükafatına layiq görülüb.
1 iyul 1909 - Məşhur gürcü aktyoru, SSRİ-nin Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda anadan olub. “Keto və Kote”, “Əsgər atası” (Georgi Maxaraşvili) və s. filmlərdə çəkilib.
1 iyul 1934 - Amerika aktyoru və kinorejissoru Sidni Pollak (Sydney Irwin Pollack; 1934-2008) anadan olub. Filmləri: “Yakudza”, “Afrikadan” (“Oskar” mükafatı), “Sabrina”, “Tutsi” (“Oskar” mükafatı) və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: