“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.08.2013, 09:59
1485

29 avqust

A- A+

29 avqust 1958 - Dünya şöhrətli amerikalı müğənni Maykl Cekson (1958-2009) anadan olub...

Azərbaycan

 

29 avqust 1890 - Şair Məhəmmədəli Şəfai (1890- 1967) anadan olub.

 

29 avqust 1960 - Tanınmış telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 - 15.06.1992) anadan olub. Azərbaycanın ilk müstəqil telekanalı olan ANS televiziyasının yaradıcılarından biridir. 

 

29 avqust 1965 - Görkəmli tarzən, Xalq artisti Qurban Pirimov (26.10.1880, Ağdam, Abdal-Gülablı - 1965) vəfat edib. 1905-ci ildən məşhur xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvilli ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib, xarici ölkələrdə konsertlər verib. 1920-ci ildən Opera və Balet Teatrını solisti olub.

 

Dünya

 

29 avqust 1632 - İngilis filosofu Con Lokk (John Locke, 1632-1704) anadan olub.

 

29 avqust 1780 - Fransız rəssamı Jan Ogüst Dominik Enqr (Jean-Auguste-Dominique Ingres, 1780-1867) anadan olub.

 

29 avqust 1862 - Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck: 1862-1949) anadan olub. “Göy quş”, “Beatris bacı” pyesləri, “Güllərin idrakı”, “Arıların həyatı” fəlsəfi pritçaları.

 

29 avqust 1903 — Məşhur rus-sovet aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Ələddinin sehrli çırağı”, “Brilyant əl”, habelə “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə” (Mazelli), “Bir qalanın sirri” (Göygöz kosa) filmlərində çəkilib.

 

29 avqust 1915 - Dünya şöhrətli İsveç aktrisası, üç dəfə «Oskar» laureatı İngrid Berqman (Ingrid Bergman; 1915-29.8.1982) anadan olub. Filmləri: “Anastasiya”, “Şərq ekspresində qətl”, “Qaz işığı” və s.

 

29 avqust 1920 - Amerika caz musiqiçisi Çarli Parker (Charlie "Bird" Parker, 1920-1955) anadan olub.

 

29 avqust 1958 - Dünya şöhrətli amerikalı müğənni Maykl Cekson (Michael Joseph Jackson; 1958-2009) anadan olub. 13 dəfə “Qremmi” mükafatına layiq görülüb.  Dünyada satılan albomların tirajına (750 milyondan çox) görə “Ginnesin rekordlar kitabı”na düşüb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi