“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.09.2013, 10:04
1761

23 sentyabr

A- A+

23 sentyabr 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman vəfat edib...

Azərbaycan

 

23 sentyabr 1928 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 - 16.12.2011) anadan olub. 1951-1988-ci illərdə Dövlət Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Sevil ("Sevil", F. Əmirov) və s.

 

23 sentyabr 1929 – Yazıçı Əfqan Hacıağa oğlu Əsgərov Şirvanın Qarabağlılar kəndində anadan olub. Əsərləri: “Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Qartal əfsanəsi" romanları, "Dədə Bəhmən" trilogiyası, "Qozbel", "Məhəbbət ətirli qərənfilim", "Dünya gözəlliyindir" povestləri və s.

 

23 sentyabr 1929 – Tanınmış tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929-4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında anadan olub. Ali məktəblər üçün "Qədim Şərq tarixi" dərsliyinin müəllifidir. Azərbaycan Pedaqoji Universitetində professoru, mixi yazılar üzrə mütəxəssis olub.

 

23 sentyabr 1935 – Rejissor, Əməkdar incəsənət xadimi Ziyafət Abbasov anadan olub. "Azərbaycanfilm" kinostudiyasınun direktoru (1995-2001) olub. "Mozalan" satirik kinojurnalı üçün 30-dan çox  bədii və sənədli süjet çəkib.

 

23 sentyabr 1969 - Şair, publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 - 20.1.1990) anadan olub. Dillər Universitetinin tələbəsi ikən 1990-cı ilin 20 Yanvar qırğınında həlak olub.

 

23 sentyabr 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910, Şəki - 1970) vəfat edib. "Toy", "Xoşbəxtlər", “Nişanlı qız”, "Əliqulu evlənir" və s. pyesləri, "Nina" romanı, "Vəfasız", "Son faciə" povestləri, “Arşın mal alan” (1945)", "O olmasın, bu olsun, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, “Yeddi gözəl” baletinin (Q.Qarayev) librettosunun müəllifidir.

 

23 sentyabr 1989 – Respublikanın SSR Ali Soveti “Azərbaycan SSR-nin dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib. Sənəddə ilk dəfə belə bir müddəa əksini tapmışdı ki, ittifaq (SSRİ) səviyyəsində qəbul olunmuş qanunvericilik aktı Azərbaycanın suverenliyinə xələl gətirərsə, onun respublika ərazisində qüvvəsi dayandırılacaq. Analoji qanunvericilk aktları SSRİ-nin digər subyektlərində də qəbul edilmişdi.

 

Dünya

 

23 sentyabr 1901 - Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert, 1901-1986) anadan olub.

 

23 sentyabr 1920 - Amerika kinoaktyoru, ən uzunömürlü aktyorluq karyerasına görə (6 yaşından filmlərə çəkilib) «Ginnesin rekordlar kitabı»na düşən Mikki Runi (Mickey Rooney) anadan olub. Filmləri: “Tiffaninin yanında səhər yeməyi”,”Bu sərsəm, sərsəm, sərsəm dünya” və s.

 

23 sentyabr 1930 - Amerika cazmeni və pianoçusu Rey Çarlz (Raymond Charles Robinson; 1930-2004) anadan olub .

 

23 sentyabr 1938 - Məşhur aktrisa, Avstriya, Almaniya və Fransa kinosunun ulduzu Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty; 1938-1982) Vyanada doğulub. Filmləri; “Əsas sevməkdir”, “Kristina”, “Köhnə tüfəng”, “Trotskinin qətli” və s.

 

23 sentyabr 1943 - İspan müğənnisi Xulio İqlesias (Julio Jose Iglesias de la Cueva) anadan olub.

 

23 sentyabr 1949 - Amerika rok müğənnisi Brüs Sprinqston (Bruce Frederick Joseph Springsteen) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi