19 sentyabr
19 sentyabr 1995 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev vəfat edib...
Azərbaycan
19 sentyabr 1992 - Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aidə Nəsir qızı İmanquliyeva (10.10.1939 - 1992) vəfat edib. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların, "Qələmlər birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyalarının müəllifidir. 1991-1992-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olub
19 sentyabr 1995 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922-1995) vəfat edib. Populyar mahnıların ("Sevgilim", "Leyla", "Bakı"), operettaların ("Romeo mənim qonşumdur", "Ana, mən evlənirəm", "Dördüncü fəqərə", “Yolayrıcında”, “Ordan-burdan”), simfonik əsərlərin, oratoriya və kantataların. müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
Dünya
19 sentyabr 1888 - Belçikanın Spa kurort-şəhərində dünyada ilk gözəllik müsabiqəsi keçirilib. Bu şəhərin şərəfinə gözəllik və sağlamlıq salonları “spa-salonlar” adlanır.
19 sentyabr 1911 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1983) laureatı Uilyam Cerald Goldinq (William Gerald Golding, 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.
19 sentyabr 1948 – Məşhur ingilis aktyoru Ceremi Ayrons (Jeremy John Irons) anadan olub. Filmləri: “ Fransız leytenantının arvadı“, “Svanın məhəbbəti”, “Missiya“, “Həyatın dolanbaclarında” (“Oskar”, 1990), “Lolita“ və s.
19 sentyabr 1949 - Britaniya kinorejissoru və ssenaristi Salli Potter (Sally Potter) anadan olub. Filmləri: “Qızıl axtaran qadınlar”, “Orlando”, “Tanqo dərsi”.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: