“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.09.2013, 09:48
1342

8 sentyabr

A- A+

8 sentyabr 1949 – Tanınmış teatr xadimi, rejissor Hüseynağa Atakişiyev Bakıda anadan olub...

Azərbaycan

 

8 sentyabr 1949 – Tanınmış teatr xadimi, rejissor Hüseynağa Atakişiyev (1949 -9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət Teatrında, Akademik Milli Dram Teatrında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb, ömrünün sonunadək bu teatra rəhbərlik edib. “Üzeyir ömrü” (1981) filmində böyük bəstəkarın obrazını yaradıb.

 

8 sentyabr 1949 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimli Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Səhnə sənəti, kino, dramaturgiya, mədəniyyətin müxtəlif problemlərinə dair çoxsaylı kitab və məqalələrin, mədəniyyət mövzusunda televiziya verilişlərinin müəllifidir. Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir, “Mədəniyyət” kanalının direktor müavinidir. 

 

8 sentyabr 1982 - Tanınmış teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909, Şamaxı - 1982, Bakı) vəfat edib. Kənd rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltınək məqsədilə kolxoz-sovxoz teatrına rəhbərlik edib. 1934-cü ildən Milli Dram Teatrında çalışıb. “Səbuhi” filmində (1941) Mirzə Şəfi Vazeh rolunda çəkilib.

 

8 sentyabr 1998 - Bakıda tarixi "Böyük İpək Yolu"nun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsi üzrə beynəlxalq konfrans keçirilib. 32 ölkənin (o cümlədən 9 ölkə prezidentinin), 12 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında müqavilə və digər sənədlər imzalanıb, “Bakı bəyannaməsi” qəbul edilib.

 

Dünya

 

8 sentyabr 1830 - Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral, 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.

 

8 sentyabr 1841 - Görkəmli çex bəstəkarı Antonin Dvorjak (Antonin Leopold Dvorak; 1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida”), 9 simfoniya (ən məşhuru № 9-li), 5 simfonik poemanın və s. əsərlərin müəlifidir.

 

8 sentyabr 1910 - Fransız aktyoru və rejissoru Jan-Lui Barro (Jean-Louis Barrault; 1910-1994) anadan olub. Görkəmlıi teatr rejissoru kimi tanınıb, “Fantastik simfoniya” filminə quruluş verib.

 

8 sentyabr 1923 - Görkəmli avar şairi, publisist və ictimai xadim Rəsul Həmzətov (1923-2003) Dağıstanın Sada kəndində anadan olub.

 

8 sentyabr 1925 - İngilis kinoaktyoru Piter Sellers (Peter Sellers - Richard Henry Sellers, 1925-1980) anadan olub. Filmləri: “Çəhrayı pantera”, “Royal” kazinosu”, “Lolita” (1962, rej. Stenli Kubrik).

 

8 sentyabr 1937 - Məşhur türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur) Əskişəhərdə doğulub. Əslən Krım türkü (noqay), ixtisasca hekimdir. Şeirlər yazır. 300-dək filmdə çəkilib: “Qürbət quşları”, “Hərəmxanada dörd qadın”, ”İntiqam atəşi”, “Dodaqdan qəlbə”, “Arım, balım, pətəyim” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi