“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.02.2013, 16:52
1323

Azərbaycan tarixi günbəgün: 5 fevral

A- A+

5 fevral 1991 - Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul olunub, Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilib.

5 fevral 1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Əbülfəs oğlu Qarayev (1918-13.05.1982) anadan olub. Dünya müsiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniyanın, “Don Kixot" (1960) simfonik qravürünün, “Leyli və Məcnun" simfonik poemasının, “Vyetnam" süitasının, fortepiano üçün 24 prelüdün, skripka və fortepiano üçün sonatanın, romansların müəllifidir.

 

5 fevral 1925 - Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası (passajı) təşkil etmək bərədə qərar verib

 

5 fevral 1930 - Görkəmli xanəndə, muğam ustası Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub. Yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına dəyərli töhfələr verib. 100-dən artıq mahnı və təsniflər yaradıb.

 

5 fevral 1939 - Tanınmış yazıçı, dramaturq, ssenarist və rejissor Rüstəm İbrahimbəyov Bakıda anadan olub. Əsərləri əsasında 30-dan çox film çəkilib, dünyanın bir sıra teatrlarında səhnələşdirilən pyeslərin müəllifidir.

 

5 fevral 1963 - Teatr və kino aktrisası Münəvvər Səməd qızı Kələntərli (1912, Lənkəran - 5.2.1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, əvvəl milli opera tamaşalarında, sonralar əsasən musiqili komediyalarda çıxış edib. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş", "O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

5 fevral 1991 - 12-ci çağırış Ali Sovetin ilk iclasında Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul olunub, Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilib. Bundan öncə, 1990-cı ilin noyabrında Azərbaycanın bayrağı Naxçıvan Ali Məclisində qəbul olunmuşdu.

Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq istəyini, yaşıl rəng - İslam dininə mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

* * *

5 fevral 2008 - ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev adına Fondun 2007-ci il üzrə “İlin adamı” mükafatı prezident İlham Əliyevə təqdim edilib. İlham Əliyev bu mükafata 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməlinin qoyulması, Azərbaycan qazının Avropa bazarına çıxması, ölkədə infrastruktur layihələrinin həyata keçirilməsi, məcburi köçkünlərin çadır düşərgələrinin ləğv olunması, ordu quruculuğu və mətbuatın inkişafına verdiyi töhfələrə görə layiq görülmüşdü. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi