“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.02.2013, 16:51
1565

Azərbaycan tarixi günbəgün: 8 fevral

A- A+

8 fevral 1828 – İranla növbəti müharibə (1826-1829) gedişində Cənubi Azərbaycan torpaqlarını istila edən Rusiya qoşunları Ərdəbil şəhərini ələ keçiriblər.

8 fevral 1806 – Rusiyasının Qafqazdakı işğalçı qoşunlarının komandanı, Azərbaycan torpaqlarının istilasında xüsusi amansızlıq göstərmiş general Pavel Sisianov Bakının Qala qapısı yanında qətlə yetirilib. Sisianov şəhərin təslim edilməsi barədə Bakı xanı Hüseynqulu xanla danışıqlar apararkən xanın qardaşı oğlu Aslan bəy tərəfindən öldürülmüşdü. 

Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Bakı işğal edildi. 1813-cü ildə (Gülüstan müqaviləsi) Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi.

 

8 fevral 1828 – İranla növbəti müharibə (1826-1829) gedişində Cənubi Azərbaycan torpaqlarını istila edən Rusiya qoşunları Ərdəbil şəhərini ələ keçiriblər. İşğal nəticəsində şəhərin bir çox tarixi-mədəni inciləri yağmalanmış, o cümlədən Şeyx Səfi məqbərəsindən 166 qədim əlyazma Sankt-Peterburqa aparılmışdı.

 

8 fevral 1907 – Təbrizdə İran şah rejiminə qarşı silahlı xalq üsyanı başlanıb. İran inqilabının (1905-1911) mərkəzi Cənubi Azərbaycana, Təbrizə keçib. Bir qədər sonra Səttərxanın fədai dəstələri bütün Cənubi Azərbaycanda inqilab hakimiyyətini bərqərar etdilər.

 

8 fevral 1994 – Azərbaycan prezidenti Heydər Əliyev Türkiyəyə ilk rəsmi səfərə gedib. Səfər gedişində ikitərəfli sazişlər imzalanmış, Azərbaycana Türkiyə biznesinin cəlb edilməsi yönündə razılaşmalar əldə edilmişdi. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi