“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.02.2011, 17:57
408

“Ermənistan irqçi dövlət siyasəti ilə ciddi təhlükə mənbəyinə çevrilib”

A- A+

Millət vəkili Azay Quliyev ATƏT Parlament Assambleyasının sessiyasında çıxış edib

ATƏT Parlament Assambleyasının sessiyasına qatılan Milli Məclisin deputatı Azay Quliyevin xüsusi müzakirələrin birində etdiyi çıxışın mətni yayılıb. “Media forum” saytının məlumatına görə, deputat deyib: “İnteqrasiya və etnik qruplararası dialoq mövzusunun bir sıra ümumi və fundamental aspektlərinə toxunmaq istərdim. 

İnteqrasiya hər şeydən əvvəl insanların sərbəst hərəkəti deməkdir. Təəssüflə qeyd etməliyəm ki, insanların sərbəst hərəkəti ATƏT-in əhatə etdiyi müəyyən bölgələrdə mümkün deyil. Məsələn, bizim yerləşdiyimiz bölgədə insanlar öz doğma evlərində yaşaya, müqəddəs ocaqlarını və ata-babalarının məzarlarını ziyarət edə bilmir. Sessiya iştirakçılarına yaxşı məlumdur ki, erməni təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı öz evindən və yurd-yuvasından qovulub.

Regionumuz etnik qruplararası dialoq sahəsində bir sıra problemlərlə üzləşir. Bölgədə müxtəlif etnik qruplardan ibarət olan ölkə bir neçə il ərzində özünü monoetnik cəmiyyətə çevirib. Qafqazda müxtəlif etnik qrupların yaşamasına baxmayaraq Ermənistan öz monoetnik strukturu və irqçi dövlət siyasəti ilə ciddi təhlükə mənbəyinə çevrilib. Öz ərazisində yaşayan bütün millətləri sıxışdırıb çıxaran Ermənistan dövləti həmçinin işğal etdiyi Azərbaycan torpaqlarında da geniş miqyaslı etnik təmizləmə siyasəti aparıb.

Biz bu zalda millətlərarası dialoqdan bəhs edərkən Azərbaycandakı sadə vətəndaşlar, Ermənistandan qovulmuş qaçqınlar, işğal ərazilərindən olan köçkünlər öz ata-baba yurdlarına dönmək barədə düşünürlər. Onlar ədalət istəyirlər.

İnanıram ki, burada iştirak edənlərin hər biri Avropada süni monoetnik cəmiyyətlərin yaradılmasına qarşıdır. Monoetnik təfəkkür irqçiliyə bərabərdir və bütövlükdə Avropaya təhlükədir. Bu elə bir məsələdir ki, onda ikili standarta və ya seçimli yanaşmaya yol vermək olmaz. Ona görə də ümid edirik ki, ATƏT-in Parlament Assambleyası etnik təmizləmə siyasətini və ATƏT üzvü olan bir ölkənin digər üzv ölkəyə qarşı yürütdüyü bütün növ irqçi hərəkətləri pisləyəcək”.

Xəbərlər
Redaktorun seçimi