“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.04.2021, 17:00
732

QHT-lər ABŞ Prezidentinin yanlış mövqeyi ilə bağlı bəyanat yayıblar

A- A+

Əgər ABŞ dünyadakı soyqırımı faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı ...

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyən bəyanat yayıblar.  

QHT-lərin bəyanatında deyilir:

ABŞ Prezidenti Cozef Bayden aprelin 24-də “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisələri "soyqırım" adlandırıb. ABŞ kimi qlobal məsuliyyəti olan dövlətin prezidentinin heç bir tarixi, hüquqi və siyasi əsası olmayan iddianı rəsmi şəkildə səsləndirməsi erməni “soyqırımının” beynəlxalq səviyyədə siyasi instrumentə çevrildiyini göstərir. Hesab edirik ki, bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırımı aktının baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə "ermənilərə qarşı soyqırım"ın tanınması barədə qərar qəbul etməyib.

Ermənilərin “soyqırım” iddiaları “Böyük Ermənistan”  yaratmaq xülyası ilə yaşayan avantürist erməni toplumunun qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, həmçinin, XX əsrin əvvəllərində və sonunda Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı törətdikləri  soyqırım və terror siyasətinə bəraət qazandırmaq cəhdidir.

Əgər ABŞ dünyadakı soyqırımı faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı ilk növbədə ermənilərin Birinci Dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda törətdiyi soyqırım zamanı yüzminlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini pisləyərdi. Çünki XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin qətlə yetirdiyi türklərin sayı yüzminlərlədir. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirik ki, ermənilərin 1992-ci ildə Xocalıda dinc, mülki azərbaycanlılara qarşı  törətdiyi vəhşi cinayət beynəlxalq normalara uyğun olaraq soyqırım aktıdır. Biz Azərbaycan QHT-ləri olaraq Xocalı soyqırımının 30 ilinin tamam olduğu 2022-ci ilin 26  fevralında Cozef Baydendən ictimaiyyət qarşısında çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qətiyyətlə pisləməyə çağırırıq.

Azərbaycan QHT-ləri olaraq qardaş Türkiyəyə qarşı aparılan çirkin kampaniyanı və regionda sülhü və təhlükəsizliyi açıq təhdid edən xəstə erməniçilik ideyalarını gücləndirməyə xidmət edən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyirik. Hər zaman regionda və dünyada uzunmüddətli sülhün, əminamanlığın və təhlükəsizliyin bərqərar olmasına töhfələr verən qardaş Türkiyə dövləti ilə birmənalı şəkildə həmrəy olduğumuzu bildiririk”.

 

 

Rauf Zeyni

Azərbaycan Milli QHT Forumu

 

Vüqar Əhmədov

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi

 

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondu

 

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondu

 

Sahib Məmmədov

Vətəndaşların əmək hüquqlarını müdafiə liqası

 

Yeganə Hacıyeva

Gənc Demokratlar İnstitutu İctimai Birliyi

 

Solmaz Əliyeva

Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi

 

Rufiz Qonaqov

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi

 

Əlisəfa Mehdiyev

Dinc Dünya  Araşdırma Mərkəzi

 

Rəna Mirzəzadə

Gender və İnsan Hüququ Araşdırma Birliyi

 

Qadir İbrahimli

Güzəran Sosial araşdırmalar İctimai Birliyi

 

Elməddin Həsənov

İnkişafa Doğru Sosial Araşdırmalar İctimai Birliyi

 

Qafar Mehdiyev

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası

 

Mübariz Laçınov

Sivilizasiya Monitorinq və Araşdırmalar Mərkəzi İctimai Birliyi

 

İlqar Hüseynli

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi

 

Azər Qurbanəliyev

Tolerantlıq Sosial Araşdırmalar İctimai Birliyi

 

Rəfail Ağayev

"Avropa Gənclər Parlamenti - Azərbaycan" ictimai birliyi

 

Nərgiz Balakişiyeva

Ziya Hüquqi və sosioloji araşdırmalar Cəmiyyəti

 

Seymur Verdizadə

Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi

 

Araz Aslanlı

Qafqaz Beynəlxalq münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi

 

İradə Yaqubova 

ELS - Müstəqil Araşdırmalar Mərkəzi» İctimai Birliyi

 

Nüşabə Məmmədova

“Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyi”

 

Vasib Sadıqov

“Dirçəliş” İqtisadi Araşdırmalar Cəmiyyəti

 

İlham Məmmədzadə

“Fəlsəfə Araşdırmalar” Ictimai Birliyi

 

Hatəm Cabbarlı

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

 

Ramil İsgəndərli

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi

 

Fəxrəddin Həsən-zadə

“Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi

 

Əhməd Əlili

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

 

Azər Əliyev

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası

 

Şəlalə Həsənova

İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi

 

Səbuhi Abbasov

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi 

 

Fuad Abbasov

“Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi

 

Ayaz Mirzəyev

“Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi”

 

Fuad Hüseynzadə

"Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi

 

Ramiz Əliyev

"Sağlam Düşüncə" Gənclər Təşkilatı İctimai Birliyi

 

Pərviz Mirələmli

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

 

Şəhla Nağıyeva

"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi

 

Toğrul Allahverdili

Üçüncü Sektor İctimai Birliyi

 

Məryəmxanım Tağıyeva-Zeynalova

“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı”

 

Qurban Kərimbəyli

“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi

 

Günay Vəlizadə

Ermənistandan olan Azərbaycanlı qaçqınlar İctimai Birliyi

 

Fərid Şahbazlı

İslahatçı Gənclər İctimai Birliyi

 

Xanlar Məmmədov

“Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi

 

 

 

Xəbərlər
Redaktorun seçimi