“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.04.2014, 14:15
358

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir

https://www.azerbaycanli.org/az/news-870.html
A- A+

QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə çərçivəsində sayt əsaslı şəkildə yenilənib

Köhnə sayta keçid ►►►

“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi “Elektron və sosial mediada azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərin təbliği” adlı yeni layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin koordinatoru Vüqar Əliyevin bildirdiyinə görə, bu, ictimai birliyin 2009-cu ildən Şuranın dəstəyi ilə həyata keçirdiyi “azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” layihəsinin növbəti mərhələsidir.

Ötən müddətdə layihə çərçivəsində www.azerbaycanli.org saytı (Azərbaycan, rus və qismən ingilis dilində) yaradılıb, “Bizim təqvim”, “Qarabağ tarixinin salnaməsi”, “Qarabağ ədəbiyyatı”, “Mədəniyyət gündəliyi”, “Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili” adlı elektron toplular hazırlanıb.

Yeni layihə milli-mənəvi dəyərlərimizin, milli eyniyyətimizin təcəssümü olan azərbaycançılıq ideyasının təbliğini, “Azərbaycançılıq – bizi birləşdirən dəyər” adlı elektron toplunun yaradılmasını nəzərdə tutur. Elektron toplu azerbaycanli.org saytında yerləşdiriləcək, eyni zamanda internet məkanda, sosial mediada yayılacaq.

Mart-iyun aylarını əhatə edəcək layihə çərçivəsində həmçinin azerbaycanli.org analitik-informasiya portalının dizaynı əsaslı şəkildə yenilənir, funksional imkanları daha da genişləndirilir.

Azerbaycanli.org-un yeni variantı aprelin 16-dan oxucuların ixtiyarına verilib.

►Köhnə sayta keçid...

Xəbərlər
Redaktorun seçimi