“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.08.2014, 21:35
1786

Prezident İlham Əliyev cəbhə bölgəsinə səfər edib

A- A+

Ali Baş Komandan Ağdamdakı “N” saylı hərbi hissədə olub, operativ müşavirə keçirib...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 6-da Ağdam rayonuna səfər edib. Ali Baş Komandan İlham Əliyev əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə baş çəkib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verib. 

Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib. 

Sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib.

Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib. Ali Baş Komandan hərbi rəhbərliyə müvafiq tapşırıqlarını verib.

* * *

Ağdam rayonunda məcbur köçkünlər üçün yeni qəsəbənin açılışı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib.

Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 70 hektar sahəni əhatə edən yeni qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Qəsəbəyə Ağdam rayonunun “Dörd yol” adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 632 ailə və ya 3100 ağdamlı məcburi köçkün köçürüləcək. Mənzillərdən 50-si birotaqlı, 296-sı ikiotaqlı, 242-si üçotaqlı, 44-ü isə dördotaqlıdır. Bu ilin fevralında başlanmış tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. 

Dövlət başçısı qəsəbədə yaradılan şəraitlə tanış olduqdan sonra Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

AzərTAc

 

Xəbərlər
Redaktorun seçimi