“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.03.2010, 19:58
460

“Qarabağa dair referendum bütün ölkə üzrə keçirilməlidir”

A- A+

Elmar Məmmədyarov: “Statusu müəyyənləşmək uzun prosesdir”

“Erməni tərəfi həmsədrlərin təklif etdiyi Madrid prinsiplərini qəbul edirsə, bu, imkan yaradır ki, Azərbaycanla Ermənistan arasında böyük sülh sazişi üzərində işlənsin”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinin Madrid təkliflərinin yenilənmiş variantını qəbul edirmi” sualına cavab olaraq nazir bildirib ki, Azərbaycan sənəddəki bəzi məqamları qəbul edib: “Amma bir sıra məqamlar var ki, onun üzərində işləmək lazımdır”.

“Dağlıq Qarabağ tərəfi danışıqlar prosesində iştirak edə bilərmi” sualına cavab olaraq isə E. Məmmədyarov bunları deyib:

“Əgər Ermənistan Madrid prinsiplərini qəbul edirsə və böyük sülh sazişi üzərində işlənməyə başlansa, o zaman əlbəttə ki, həm azərbaycanlı, həm erməni icması danışıqlarda iştirak edə bilər. İndiki mərhələdə isə danışıqlarda ancaq Ermənistan və Azərbaycan tərəfi iştirak edir”

Nazir onu da bildirib ki, Dağlıq Qarabağın statusu ilə bağlı referendum olacaqsa, bu, Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün ölkə ərazisində keçirilməlidir.

“Dağlıq Qarabağın statusu nə vaxt müəyyən olunacaq” sualına cavab olaraq isə E. Məmmədyarov əvvəlcə azərbaycanlı icmasının Dağlıq Qarabağa qayıtmalı olduğunu vurğulayıb:

“Azərbaycanlılar ermənilərlə bir yerdə yaşamalıdır, yalnız ondan sonra statusu müəyyən etmək olar. Amma statusun necə olacağını danışıqlar müəyyənləşdirəcək. Bu, uzun bir prosesdir. Bunu bir gün ərzində müəyyən etmək olmaz. Yəni erməni tərəfi razılığa gəlsə, azərbaycanlı icması Dağlıq Qarabağa qayıtsa, ola bilər ki, hansısa xüsusi komitə çərçivəsində bütün bu suallara cavab tapa biləcəyik”.

 

 * * *

Bax həmçinin:

Azərbaycan Vaşinqton sammitində təmsil olunmayacaq 

Azərbaycanın aprel ayında ABŞ paytaxtı Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində təmsil olunmayacaq. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 18-də jurnalistlərlə söhbətində bildirib.

“Azərbaycan nüvə ölkəsi deyil. Ərazisində nüvə silahı saxlamır, bu niyyəti də yoxdur. Ona görə də bu sammitdə iştiraka hər hansı ehtiyac duyulmur”, - deyə nazir bildirib.

Dünya nüvə təhlükəsizliyi sammiti aprelin 12-13-də Vaşinqtonda keçiriləcək. Məlumatlara görə, sammitə 40-dan çox olkənin, o cümlədən bizim regiondan Türkiyə, Gürcüstan və Ermənistanın dövlət və hökumət başçıları dəvət alıblar.

Xəbərlər
Redaktorun seçimi