“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
08 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

14 iyul

A+ | A-

14 iyul 1918 - Dünya şöhrətli İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Ernst Berqman anadan olub...

Azərbaycan

 

14 iyul 1914 - Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva (1914-2014) İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini üç dildə (Azərbaycan, rus və erməni) tədris edib. 10-dək kitabın müəllifidir.

 

14 iyul 1939 - Ədəbiyyatşünas, publisist Həmid Alı oğlu Vəliyev anadan olub.
 

14 iyul 1990 - SSRİ prezidenti Mixail Qorbaçov "Televiziyanın demokratikləşməsi və inkişafı haqqında" fərman imzalayıb. Fərmandan sonra Sovet İttifaqı ərazisində özəl telekanallar açılmağa başlayıb. Azərbaycanda fəaliyyətə başlayan (1991) ilk özəl telekanal ANS oldu.
 

Dünya

 

14 iyul 1454 - Avropa intibah dövrünün italyan şairi Angelo Polisiano (Angelo Poliziano, 1454-1494) anadan olub. İtaliya ədəbiyyatında ilk dünyəvi dram əsərinin («Orfey haqqında nağıl») müəllifidir. 
 

14 iyul 1743 - Rus şairi Qavriil Romanoviç Derjavin (1743-1816) anadan olub.
 

14 iyul 1860 - Rus tarixçisi, şairi, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860-1904) anadan olub. Məşhur «Qafqaz» kitabının müəllifidir.

 

14 iyul 1862 - Avstriya modernist rəssamı Qustav Klimt (1862-1918) anadan olub.
 

14 iyul 1903 - Amerika yazıçısı İrvinq Stoun (Irving Stone; 1903-1989) anadan olub. Van Qoq, Cek London, Ziqmund Freyd, Çarlz Darvin və s. görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.

 

14 iyul 1904 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1978) laureatı İsaak Başevis-Zinger (Isaac Bashevis Singer; 1904-1991) anadan olub.  Əsərləri: “Şeytan”, “Nicatverən günahkar”, “Muskat ailəsi” romanları və s.

 

14 iyul 1910 - Amerika multiplikatoru, Tom və Cerri haqqında cizgi filmlərinin həmmüəllifi (Cozef Barbera ilə birlikdə) Uilyam Hanna (William Hanna, 1910-2001) anadan olub.

 

14 iyul 1918 - Dünya şöhrətli İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Berqman (Ernst Ingmar Bergman, 1918 - 30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.

 

14 iyul 1919 - Fransız aktyoru Lino Ventura (Lino Ventura - Angiolino Joseph Pascal Ventura, 1919-1986) anadan olub. “Yüz gün Palermoda”, “Əlvida, polis”, “Macəra axtaranlar” və s. filmlərdə çəkilib.

 

14 iyul 1928 - Tanınmış gürcü yazıçısı Nodar Dumbadze (1928-1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Mən günəşi görürəm”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir.

 

14 iyul 1939 - Çexiyanın məşhur müğənnisi Karel Qott (Karel Gott) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1320 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR