“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
08 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

26 iyul

A+ | A-

26 iyul 1995 - Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı vəfat edib...

Azərbaycan

 

26 iyul 1995 - Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919, Qazax - 1995) vəfat edib. Ədib «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub.

 

26 iyul 2008 - Xalq rəssamı, Əməkdar incəsənət xadimi Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925, Laçın  - 2008 ) vəfat edib.

 

Dünya

 

26 iyul 1856 - Görkəmli ingilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw; 1856 - 2.11.1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Ürək sındırılan ev”, “Milyoner arvadı”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Ağılsız kəbin”, “Artistin məhəbbəti” , “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.

 

26 iyul 1875 - İsveçrə filosofu, analitik psixologiyanın banisi Karl Qustav Yunq (Carl Gustav Jung, 1875-1961) anadan olub.

 

26 iyul 1885 - Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (Andre Maurois - əsl adı Emile Salomon Wilhelm Herzog; 1885-1967) anadan olub.

 

26 iyul 1894 - İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley, 1894-1963) anadan olub.

 

26 iyul 1928 - Amerika kinorejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928-1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.

 

26 iyul 1959 - Amerika kinoaktyoru Kevin Speysi (Kevin Spacey) anadan olub. Filmləri: “Amerikasayağı gözəllik” (“Oskar” mükafatı), “Epidemiya”, “Akulalar arasında”.

 

26 iyul 1964 - Məşhur amerikalı aktrisa Sandra Ballok (Sandra Annette Bullock) anadan olub. Filmləri: “Sürət”, “Dağıdıcı”, “28 gün”, “Görünməyən tərəf” (“Oskar” laureatı, 2010). 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1202 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR