“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
13 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

13 dekabr

A+ | A-

13 dekabr 1797 - Yəhudi əsilli məşhur alman şairi, yazıçı Henrix Heyne anadan olub...

Azərbaycan

 

13 dekabr 1929 - Şərqşünas alim, tarix elmləri doktoru, professor Saleh Əliyev (1929-2006) Gəncədə anadan olub.Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. İran tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada "Ocaq" Mədəniyyət Cəmiyyətinin yaradıcılarından biri və rəhbəri olub.

 

13 dekabr 1935 - Şair, publisist Əjdər Qiyaslı (Əjdər Xanlar oğlu Əsgərov) Ağdam rayonunun Qiyaslı kəndində doğulub. İxtisasca iqtisadçıdır. 10-dan çox şeirlər kitabının müəllifidir.

 

13 dekabr 1937 – Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov (1937 – 18.2.2018) Bakıda doğulub. Azərbaycan Memarlar İttifaqının sədri (2007-2012), Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri (2007-2018) sədri olub.

 

13 dekabr 1956 - Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Abdulla Novruz oğlu Qurbani Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Mahmudkənd kəndində anadan olub.

 

13 dekabr 1962 - Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nərgiz Arif qızı Paşayeva Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının, Bakı Dövlət Universitetinin kafedra müdiri, beynəlxalq əlaqələr üzrə prorektoru (2006-2008) işləyib. 2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. Kitabları: “Sabirin novatorluğu”, “İnsan bədii tədqiq obyekti kimi” (monoqrafiya). “ "Üns" teatrının yaradıcısı və rəhbəridir. 

 

Dünya

 

13 dekabr 1720 - İtalyan dramaturqu, nağıl-pyeslərin müəllifi Karlo Qotsi (Carlo Gozzi, 1720 - 1806) anadan olub.

 

13 dekabr 1797 - Yəhudi əsilli məşhur alman şairi, yazıçı, ədəbiyyatşünas Henrix Heyne (Christian Johann Heinrich Heine, 1797 - 17.2.1856) anadan olub. Əsərləri: “Nəğmələr kitabı” (poeziya), ”Hars dağına səyahət” (nəsr) və s. Məşhur bəstəkarkar (F.Şubert, R.Şuman, P.Çaykovski) Heynenin şeirlərinə musiqi yazıb.

 

13 dekabr 1908 - Polyak-yəhudi əsilli məşhur sovet aktyoru, SSRİ Xalq artisti Rostislav Yanoviç Plyatt (1908 - 1989) anadan olub. Filmləri: “Baharın on yeddi anı” (pastor Şlaq), “Rezidentin səhvi” və s.

 

13 dekabr 1927 - Rus aktyoru, SSRİ Xalq artisti Leonid Vasilyeviç Markov anadan olub. Filmləri: “Til haqqında əfsanə”, “Qaraj” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1348 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR