“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
13 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

23 dekabr

A+ | A-

23 dekabr 1858 - Görkəmli rus teatr xadimi Vladimir İvanoviç Nemiroviç-Dançenko anadan olub...

Azərbaycan

 

23 dekabr 1911 – Tanınmış şərqşünas, professor, şair, tərcüməçi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911-1994) anadan olub. Nizami, Xaqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan dilimizə tərcümə edib. 

 

23 dekabr 1913 - Əməkdar artist İmamverdi Salman oğlu Bağırov (1913 – 6.5.1985) doğulub. İrəvan Dövlət Azərbaycan Teatrı, Milli Dram, Musiqili Komediya teatrlarında çalışıb.

 

23 dekabr 1923 - Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923-30.3.1993) anadan olub. 

 

23 dekabr 1945 - Bəstəkar Mobil Rəşid oğlu Babayev Gəncədə anadan olub. Bir sıra televiziya tamaşalarına və filmlərə ("Babamızın babasının babası", "Qara gölün cəngavərləri", "Mezozoy əhvalatı" və s.) musiqi yazıb.

 

23 dekabr 1946 - Xalq artisti, balerina Çimnaz Məmməd qızı Babayeva anadan olub.

 

23 dekabr 1947 - SSRİ Nazirlər Soveti «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında»  4083 saylı qərar qəbul edib. Qərarın təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini, sovet rəhbəri İosif Stalinin «sağ əli» Anastas Mikoyan idi. Qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli və onlar sovet dövlətinin rifahı üçün çalışmalı idilər. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandakı yurd-yuvalarından deportasiya edilərək Azərbaycana köçürüldü.

 

23 dekabr 1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. «Şah Abbas», “Balıq adam və s. romanların müəllifidir. “İlğım”, “Labirint”, “İki nəfər üçün oyun” və s. pyesləri tamaşaya qoyulub. "Ulduz" jurnalının baş redaktorudur.

 

Dünya

 

23 dekabr 1802 - İngilis şairi Sara Kolric (Sara Coleridge, 1802 - 1852) anadan olub.

 

23 dekabr 1858 - Görkəmli rus rejissoru, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858-1943) anadan olub. 1898-ci ildə K.S.Stanislavski ilə Moskva Bədaye Teatrını təşkil edib.

 

23 dekabr 1931 - Məşhur aktyor, SSRİ-nin Xalq artisti Lev Konstantinoviç Durov (1931 - 20.8.2015) anadan olub. “Qorxma, mən səninləyəm” (San Sanıç) Azərbaycan filmində, “Baharın on yeddi anı” (agent Klaus), “Piliqrim” kapitanı” (kapitan) və s. filmlərə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1389 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR