“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
04 İyun 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

24 may

A+ | A-

24 may 1874 - Görkəmli şair, tərcüməçi Abbas Səhhət Şamaxıda anadan olub...

Azərbaycan

 

24 may 1830 - Publisist, maarif xadimi Hüseyn Əfəndi Yusif oğlu Qayıbov (1830-1917) anadan olub.

 

24 may 1863 - Şair, nasir, tərcüməçi, görkəmli maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863 - 31.8.1942) Şəkidə anadan olub. "Qan ocağı, "Qonşu-qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi", "Saqqalın kəraməti", "Diş ağrısı" və s. pyeslərin müəllifidir. Rus şairlərindən (Krılov, Puşkin, Lermontov), Firdovsidən, Şillerdən tərcümələr edib. Qori Müəllimlər Seminariyasında dərs deyib, sovet dövründə pedaqoji fəaliyyətini davam etdirib. Dərsliklər (“Uşaq bağçası”) yazıb.

 

24 may 1874 - Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Şairliklə yanaşı, tərcüməçilik fəaliyyəti də çox zəngin olub. Klassik rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edib, onları “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında 1912-ci ildə çap etdirib.

 

24 may 1875 - Şair, publisist, tərcüməçi, folklorşünas, maarif xadimi Məhəmməd Mirzə Kərim oğlu Axundzadə (1875-1923) anadan olub.

 

24 may 1879 - Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.

 

24 may 1880 - Şair, publisist Əliqulu Qəmküsar (Əliqulu Ələkbər oğlu Nəcəfov; 1880 – 4.3.1919) Naxçıvanda doğulub.

 

24 may 1885 - Tədqiqatçı alim, tərcüməçi Əli Eyyub oğlu Şabanov (1885-1949) anadan olub.

 

24 may 1885 - Şair, publisist Cabbar Əsgər oğlu Əsgərzadə (1885-1966) anadan olub.

 

24 may 1893 – İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 – 27.10.1938) Tiflisdə doğulub. Fortepianoda muğamların ilk ifaçısı kimi məşhurlaşıb, pedaqoji fəaliyyət göstərib. Represiya qurbanı olub.

 

24 may 1893 - Ədəbiyyatşünas alim Mustafa Zəkəriyyə oğlu Quluyev(1893-1938) Şəkidə anadan olub. Azərbaycan SSR xalq maarifi komissarı (1922-1928), "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının məsul redaktoru işləyib. mişdir. Represiya qurbanıdır.

 

24 may 1899 - Şairə Ümgülsüm Sadıqzadə (1899 – 17.9.1944) Bakının Novxanı kəndində doğulub. Yazıçı-dramaturq Seyid Hüseynin həyat yoldaşı olub. 1937-ci ildə ailəlikcə repressiya ediliblər. S.Hüseyn güllələnib, Ü.Sadıqzadə Rusiyanın Mordoviya vilayətinə həbs düşərgəsinə göndərilib. 1944-cü il iyulun həbsdın geri qayıdıb, iki ay sonra Şamaxıda vəfat edib.

 

24 may 1910 - Dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk musiqili komediyası olan "Ər və arvad" əsəri səhnələşdirilib. Komediyanın ilk tamaşası Bakıda Nikitin qardaşları sirkinin sәһnәsindә göstәrilib. Rollarda H. Sarabski (Mәrcan bәy), Ә. Ağdamski (Minnәt xanım), H. Terequlov (Sәfi), M. Әliyev (Kәrbәlayi Qubad) vә başqaları çıxış ediblәr.

 

24 may 1925 - Məşhur azərbaycanlı kardioloq, publisist, ictimai xadim Cavad Heyət (1925 - 12.8.2014) Təbrizdə doğulub. Tibb xadimi olmaqla yanaşı, həm də tanınmış ədəbiyyatşünas, türkoloqdur. “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” (iki cilddə), “Müqayisətül-lüğəteyn”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” və s. əsərlərin müəllifi, İranda Azərbaycan dilində nəşr olunan «Varlıq» jurnalının yaradıcısıdır.

 

24 may 1930 - Şair, tərcüməçi Əli Səngərli (Məmmədov; 1930 – 23.4.2009) Borçalı bölgəsinin Faxralı kəndində anadan olub. Kitabları: “Şair ürəyi”, “Bu köhnə dünyada təzə nə var ki...”, “Uzaqlarda qalan dünyam”.

 

24 may 1935 - Şair Hacıbala Səməd oğlu Şirinov (1935-2000) anadan olub.

 

24 may 1948 - Görkəmli aktyor, Xalq artisti Fuad Ağarəhim oğlu Poladov Bakıda doğulub. 1969-1989-cu illərdə Milli Dram Teatrında çalışıb, 1989-cu ildən Rus Dram Teatrının aktyorudur. Teatrla yanaşı, kinoda (“Qayınana”, “İmtahan”, “İşarəni dənizdən gözləyin”, “Güllələnmə təxirə salınır!...”, “Ovsunçu”, “Arxada qalmış gələcək”, “Küçələrə su səpmişəm”), televiziya tamaşalarında (“Atayevlər ailəsində”, “Alov” və s.) zəngin obrazlar qalereyası yaradıb.

 

24 may 1967 - Filoloq-alim, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925-1967) vəfat edib."Əcəb işə düşdük", “Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu" və s. pyeslərin müəllifidir. Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edib. 1967-ci ildə Azərbaycan KP MK-nın katibi olarkən onun təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd edilib.

 

Dünya

 

24 may 1830 - Rus rəssamı Aleksey Savrasov (1830-1897) anadan olub.

 

24 may 1899 - Belçika əsilli fransız şairi, rəssam Anri Mişo (1899-1984) anadan olub.

 

24 may 1905 - Görkəmli rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1965) laureatı Mixail Aleksandroviç Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don” , “Dirçələn torpaq”, “Onlar Vətən uğrunda döyüşüblər”, “İnsanın taleyi” və s.

 

24 may 1940 - Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1987) laureatı İosif Aleksandroviç Brodski (1940 - 26.1.1996, Nyu-York) Leninqradda (Sankt-Peterburq) doğulub. 1972-ci ildə Amerikaya mühacirət edib.

 

24 may 1941 - Amerika müğənnisi, bəstəkar, şair Bob Dilan (Robert Allen Zimmmerman) anadan olub. Dünya rok musiqisində “The Beatles” ansamblından sonra ikinci görkəmli füqur sayılır. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

baxılıb: 1413 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR