Naxçıvan xanlığı
Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdur. Xanlığı gücləndirmək və təcavüzlərdən qorumaq məqsədilə Heydərqulu xan (1747-1763/64) hakimiyyətinin ilk dövrlərində daha güclü olan Qarabağ xanlığına arxalanırdı.
Heydərqulu xanın ölümündən sonra - 1787-ci ilə qədər hakimiyyət uğrunda mübarizə nəticəsində Naxçıvan xanlığı zəifləyir, Xoy, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxeti çarlığı və İran arasında ardı-arası kəsilməyən mübarizənin obyektinə çevrilir.
1797-ci ildə Ağaməhəmməd şah Qacarın II yürüşü nəticəsində Naxçıvan xanı Kəlbəli xan həbs olundu.
Naxçıvan xanlığı 2-ci Rusiya-İran müharibəsi (1826-1828) zamanı ruslar tərəfindən işğal olundu.