“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 19:07
2022

Orta əsrlər Qarabağ ədəbiyyatı (ümumi icmal)

A- A+

XIII əsrdən etibarən, obyektiv tarixi gerçəkliyin təsiri altında Azərbaycan torpaqlarında əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan qarabağlı şair və sənətkarların sayının get-gedə artdığını görürük.

Ümumiyyətlə, Azərbaycan-türk mədəniyyətində, əbədiyyatında bir sıra faktların ilkinliyi, iik başlanğıcı, bünövrəsi etibarilə Qarabağ əbədi mühiti ilə bağlı olduğunu müşahidə edirik. Yazılı ədəbiyyatda hələlik elmə məlum olan ilk azərbaycanlı şair qarabağlı söz ustadı, VII əsrdə yaşayıb-yaratmış Dəvdəkdir.

Sonrakı mərhələlərdə, yəni Pənahabad-Şuşa şəhərinin mövcudiyyətinə qədər ədəbiyyat tariximizdə xeyli "Bərdəilər", "Beyləqanüər", "Gəncəvilər" olmuşdur.

X əsrdə yaşayıb-yaratmış, ərəb dilli Azərbaycan ədəbiyyatının yaradıcılıarından olmuş Əbu Bəkir Əhraəd əl-Bərdəi, Məkki ibn Əhməd Bərdəi, Xətib Bağdadi Məhəmməd Əl-Bərdəi, Əhməd ibn əl-Hüseyn Əbu Səid əl Bərdəi, Əbu Əli əl-Bərdəi, Səid ibn əl-Qasim əl Bərdəi, Əbu Səd ibn Yəhya əl-Bərdəi (faktlar M.Mahmudovun "Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər" (VII-XII əsərlər) kitabından götürülübdür, B., Elm, 1983) təkcə Azərbaycanda deyil, bütün İslam dünyasında məşhur alimlərdən və dövrünün fılosof şairlərindən olmuşlar. Hələ bu təkcə X əsrin məlum faktlarındandır.

XII əsr Azərbaycan poeziyasının ən qüdrətli simalarından biri qarabağlı Mücirəddin Beyləqani olmuşdur və Xosrov Dəhləvi onun sənətkarlığını Xaqani Şirvaninin sənətkarlığından üstün tutur. Zəld ibn Hüseyn ibn Ömər Beyləqani də Mücirəddinin müasiri olmuş, fılosof olaraq yüksək elmi səviyyəyə çatmış, Dəməşqə getıniş, orada bədii fikrin, fəlsəfı elmin apancısı kimi məşhur olmuş, bir sıra yüksək səviyyəli bədii əsərlər yaratmışdır.

XIII yüzilliyin epik poeziya örnəkləri arasında anonim "Dastani-Əhməd Hərami" poemasının adını çəkmək lazımdır. Bu əsərdə İslam dininin yüksək humanist dəyərləri bədii təqdimat obyektinə çevrilir, müəllif oxucunu İslam şəriətinin əsasını təşkil edən xeyirə, ədalətə, insansevərliyə, düzlüyə, insaf və etiqada dəvət edir, insana yaraşmayan mənfi sifətlərdən çəkindirir. Orta əsrlərin Avropa cəngavər romanlarından fərqli olaraq, burada əsas məqsəd hadisələrin cəlbediciliyini təmin etmək deyil, poemanın süjetində duran əxlaqi ideyanın oxucuya daha təsirli şəkildə çatdırılmasıdır.

* * *

XIV əsrdə Tuti Abdulla Qarabaği adlı çox ilhamlı bir şair fəaliyyət göstərmiş, əsərlərindən hələlik əldə olmasa da, "Həqiqətüs-şüəra" da və başqa mənbələrdə hörmətlə adı çəkilir. XV əsrdə Qarabağlı Şeyx İbrahim ibn Məhəmməd Şəhabəddin Bərdəi dövrünün Şeyx tituluna yüksəlmiş, Gülşəni təxəllüsü ilə ədəbiyyat aləmində olduqca məşhur olmuşdur və Mövlanə Gülşəni mərtəbəsinə, təbəqəsinə çataraq Qahirədə və Osmanlı imperiyasmda öz təriqətini yaymışdır. Xanagahı Qahirədədir və bu gün də fəaliyyətdədir. Mövlanə Gülşənin iki oğlu- Şeyx Əhməd Gülşənizadə və Səfvəti Seyyid Əli Gülşəni də şair olmuşlar və atalarının ölümündən sonra onu əvəz etmişlər.

Yusif ibn Məhəmmədşahi Qarabaği XVI-XVII əsrlərdə yaşayıb-yaratınış, dövrünün görkəmli alimlərindən olmuş, Səmərqəndə Hüseyniyyə xanəgahına getmiş və Mövlanə Yusif təbəqəsinə yüksəlmişdir və bu beyt ondan qalıb:

Ürəyim qana doldıı, bu qan da olmalıydı,

Cövrünlə bıından yaxşı daha nə olmalıydı?

Bütün bunlar tarixin saralmış. küləklərə sovrulmuş səhifələrindən bu günümüzə gəlib çatan, zənginliyi ilə qibtə doğuran mədəniyyətimizin qəlpələridir, zərrələridir, cizgiləridir.Qarabağ əbədi mühiti həmişə Azərbaycan mədəniyyətinə və ədəbiyyatına yaxşı mənada fon vermiş, onun ən qüdrətli səhifələrini yaratmış, istiqamətləndirmişdir, XVIII-XIX əsr Qarabağ ədəbi mühiti ən yeni ideya-estetik xətti, ədəbi-üslubi meylləri və zənginliyi ilə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında eləcə də, Şərq ədəbiyyatında ön mövqelərə çıxır.

XVI əsrdə yaşayıb-yaratmış, Şah İsmayıl Xətai sarayının doğmalarından olan, ustadlar-ustadı Aşıq Qurbani, XVIII əsrdə Mirmöhsün Ləmbərani Asəf, Aşıq Əli, Aşıq Valeh. Ziyadi Qarabaği və Molla Pənah Vaqifın adları çox mətləblərdən xəbər verir. Qarabağ ədəbi mühiti XVIII əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında ilk olaraq realist şerin əsasını qoyaraq, XIX əsrdə realizm ədəbi metodunun yaranmasma və möhkəmlənməsinə, inkişafına səbəb olmuşdur,

Ağa Bəyim ağa Tuti Şərqdə ən müdrik qadın kimi məşhurlaşdı və İran şahı Fətəli şah dövründə şahlıq diplomatiyasınm ən fəal istiqamətverici şəxslərindən oldu və onun məşhur bayatısının vətənpərvərlik ruhu bu gün də öz ecazkar gücü ilə səslənməkdədir:

Əzizinəm Qarabağ,

Şəki, Şirvan ,Qarabağ,

Tehran cənəttə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Vətən bağı al-əlvandı,

Yox içində Xan bülbül,

ah-naləsi də ona aiddir və müasir alimlərimizdən biri bu misraları belə mənalandırmışdır:

Vətən bağı al-əlvandır,

Qan içində Xan bülbül.

XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğuru az qala eyni səviyyədə şifahi xalq yaradıcılığının Qurbani, Aşıq Abbas Tufarqanlı kimi nümayəndələrinin yaradıcılığında görürük. "Aşıq Qərib", "Abbas və Gülgəz", "Əsli və Kərəm" kimi mükəmməl məhəbbət dastanları, "Kitabi-Dədəm Qorqud"un layiqli varisi olan "Koroğlu" qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur. Hələ Şah İsmayıl Xətayi yaradıcılığından bizə məlum olan xalq şeiri şəkillərindən qoşma, gəraylı, varsağı, bayatı daha da təkmilləşir. Orta əsrlər Azərbaycan dastanlarının təsir dairəsini təsəvvür etmək üçün təkcə onu göstərmək kifayətdir ki, "Koroğlu" süjeti türkmən, özbək, tacik, erməni, gürcü folkloruna da böyük təsir göstərmiş və analoji dastanların yaranmasına səbəb olmuşdur.

* * * 

XVIII əsrdə Pənahabad şəhərinin-Şuşanınn bünövrəsi qoyulandan sonra Qarabağ ədəbi mühiti Azərbaycan ədəbi-mədəni mühitinin ən qaynar mərkəzinə çevrildi və Naxçıvan, İrəvan, Gəncə, Şəki və b. xanlıqların, Gürcüstanın siyasi-ictimai hadisələrinin istiqamətini də Qarabağ xanlığı müəyyənlşdirməyə başladı və aralarında sıx əlaqələr oldu. Bu əlaqələr Qarabağ ədəbi mühitinin təsir dairəsini daha da genişləndirdi.

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulmuş olur. Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vidadinin "Müsibətnamə" poemasında dövrün bir sıra tarixi hadisə və şəxsiyyətləri yüksək poetik-obrazlı səviyyədə təsvir olunmuşdur. Bu dövrdə poeziya sənəti xüsusi adamlara xidmət etməkdən "boyun qaçıraraq" bir növ hamının malına çevrilir, daha da populyarlaşır. Kütlələrin estetik dəyərlərə yaxınlaşması və qovuşması prosesi sürətlə irəliləyir.

Xüsusən Vaqif yaradıcılığı bu baxımdan müstəsna rol oynamışdır. O, yaratdığı sadə, realist, dünyəvi gözəl obrazları ilə klassik romantik sənət tipindən realizmə doğru iri bir addım atmış və özündən sonrakı ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Vaqif həm də öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr - Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.

Azərbaycan folklorunun mühüm janrlarından biri olan bayatı janrının vətəni də Qarabağ elləri olmuşdur. Bəlkə də, türk dünyasında ilk bayatı burada çəkilmişdir və elə ona görə də Azərbaycanın digər rayonlarına nisbətən Qarabağda bayatı janrı daha geniş şəkildə yayılmışdır. İraqda, Bağdad civarlarında Kərkük türklərinin əsil-nəsilləri, soyları Bayat boyuna bağlı olduğundan, indinin özündə də, burada ən zəngin janrdır və Kərkük türklərinin bayatıları olduqca məşhurdur.

XVI əsrin və bütün zamanların ən dahi sənətkarlan, əbədiyyət yolçusu Məhəmməd Füzulinin də əslən Bayat elindən olduğu hamıya məlumdur. XVII əsrin bayatı ustası da, Qarabağın Güləbird kəndindən (Laçın rayonu) Sarı Aşıq olmuşdur.

 

Xəbərlər
Redaktorun seçimi