“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2014, 11:15
1785

Cəfərqulu xan Nəva (1785-1867)

A- A+

Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu.

Dövrünün tanınmış şairi olub, “Nəva” təxəllüsü ilə şeirlər yazıb.

Saray təlim-tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi.

Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən sonra ona qarşı mübarizəyə başladı. Lakin uduzub Sibirə sürgün olundu.

Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Sonraralar rus ordusinda Qarabağ atlı alayının komandanı oldu. General-mayor rütbəsindədək yüksəlmişdi.

Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi. Sözçüləri, sənətçiləri özünə dost tutardı. Süfrə açanda ətrafına alimlər, aydınlar əyləşərdi.

Cəfərqulu xan Əcaibnisə xanım Tuni bəy qızı və Yetər xanım Hüseynqulu bəy qızı ilə dünya evinə girmişdi. Abdullapaşa ağa, Kərim ağa, Hidayət ağa adlı oğulları vardı.

Cəfərqulu xan 1867-ci ildə vəfat edib. Ailə məzarlığı İmarətdə dəfn edilib.

* * *

Yaradıcılığı

 

Gedər

(Qasım bəy Zakirə)

 

Qasım bәy, adәtdir, xan qulluğuna

Bir kәs atlı gәlsә, piyada gedәr,

Mәn deyilәm, alәmdә var, eldә var,

Belә cüzi işlәr arada gedәr.

 

Burada bir başmaq olub zәrәrin,

Qәlәm alıb yazdın zәmmin bu dәrin,

Zalım, yoxdur mәgәr sәnin xәbәrin,

O dәrdәn kim, alәm fәsada gedәr?

 

İndi belә görmә Adıgözәli,

Sәndәn qıvraq idi onun әzәli.

Hәr zaman ki, durub yola düzәli,

Yenә bәdov atdan ziyada gedәr.

 

Gәdә, saf azıbdır әmәlin sәnin,

Mәdәnisәn tәqәllübün, fitnәnin.

Sәn neçün bilmәzsәn, bağlı gәlәnin

Ayağı açılıb piyada gedәr?!

 

Oğlan, lap çıxıbsan sәn әndazәdәn,

Neylәr, hәlә gedәcәksәn yazәdәn,

Köhnә oğurlandı, tikәr tazәdәn,

Bir adam yollaram ustadә, gedәr.

 

Mənbə:

Ənvər Çingizoglu. Məhəmmədhəsən ağanın soy kötüyü. "Soy" dərgisi, 2 (2) 2003.

 

Xəbərlər
Redaktorun seçimi