Bağban Məhəmməd (1835-1914)
XIX əsrdə Cəbrayıl qəzasında yaşamış tanınmış el şairlərindən biri də Bağban Məhəmməd olub. O, 1835-ci ildə qəzanın Şərikan kəndində anadan olmuşdur (hazırda həmin kənd Zəngilan rayonu ərazisindədir).
Bağban Məhəmməd əvvəl naxırçı olmuş, sonralar isə təxəllüsündən göründüyü kimi bağbanlıqla məşğul olmuşdur.
Bağban Məhəmmədin 1914-cü ildə vəfat etdiyi güman olunur. Qəbri Şərikan kəndindədir.
Şeirlərindən məlum olur ki, o heç bir təhsil görməmiş, savadsız olmuşdur. Lakin buna baxmayaraq şairin dərin ictimai məzmunlu və məhəbbət mövzusunda gözəl, lirik şeirləri vardır.
Başına döndüyüm yığılan canlar,
Minnət edin qəddi çinar oynasın.
Düşüm ayağına, dönüm başına,
Beli nazik, gümüş kəmər oynasın.
Tariyel Abbaslı,
filologiya üzrə fəlsəfə doktoru
Mənbə:
http://www.fact-info.az/ts_general/azl/aktual_az/musahibe/musahibe-71.htm