“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.04.2013, 11:41
1694

30 aprel

A- A+

30 aprel 1880 – Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Əzim Əzimzadə Bakının Novxanı kəndində doğulub...

Azərbaycan

 

30 aprel 1880 – Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Əzim Aslan oğlu Əzimzadə (1880 – 16.6.1943) Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunmağa başlayan rəssam Azərbaycanda karikatura janrının banilərindən sayılır.

 

30 aprel 1937 - Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının (librettonun müəllifləri Q.İsmayılov və M.S.Ordubadi) ilk tamaşası nümayiş olunub. Koroğlu rolunu SSRİ Xalq artisti Bülbül ifa edib.

 

30 aprel 1947 - Xalq artisti, məşhur tarzən Ramiz Əyyub oğlu Quliyev Ağdamda doğulub. Azərbaycan Dövlət Konservatoriyasının (Bakı Musiqi Akademiyası) Xalq çalğı alətləri kafedrasının professorudur.

 

30 aprel 1952 - Əməkdar artist Eldəniz Qeybulla oğlu Rəsulov anadan olub. “Sevinc buxtası” (Seyidov), “Babək” (Azin), “Anlamaq istəyirəm” (Zeynal), “Gümüş gölün əfsanəsi” (Fərid) və s. filmlərdə çəkilib. Filmlərin dublyajında (səsləndirilməsində) fəal iştirak edir.

 

30 aprel 1966 - Tanınmış qarmonçalan, aranjımançı Ənvər Sadıqov anadan olub. "Humay” milli mükafatına (2006) layiq görülüb.

 

Dünya

 

30 aprel 1870 – Avstriya-macar bəstəkarı və dirijoru Frans (Franz) Lehar (1870-1948) anadan olub. “Şən dul qadın”, “Qraf Lüksemburq”, “Qaraçı məhəbbəti”, “Eva”, “Torağaylar oxuyan yerdə” operettalarının müəllifidir.

 

30 aprel 1883 - Çex satirik yazıçısı və dramaturqu Yaroslav Haşek (1883-1923) anadan olub. “Əsgər Şveykin sərgüzəştləri” romanı ilə məşhurlaşıb. “Pan Tenkratın əzabları”, “Əcnəbilər üçün gid”, “Mənim it alverim” hekayələr toplusunun müəllifidir.

 

30 aprel 1926 - Məşhur Amerika aktrisası Kloris Liçmen (Cloris Leachman) anadan olub. Filmləri: “Sonuncu kinoseans” (“Oskar”), “Gənc Frankenşteyn”, “Yüksəklik qorxusu”, “Dünya tarixi, birinci hissə”.

 

30 aprel 1952 - Fransız rejissoru və ssenaristi Jak Odiar (Jacques Audiard) anadan olub. Filmləri: “Gör, adamlar necə düşür”, “Dodaqlarından oxu” (doqquz “Sezar” mükafatı). 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi