“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.04.2013, 09:08
1633

18 aprel

A- A+

18 aprel Beynəlxalq Tarixi Yerlər və Abidələr Günüdür. 1983-cü ildə təsis edilib...

Azərbaycan

 

18 aprel Beynəlxalq Tarixi Yerlər və Abidələr Günüdür (The International Day for Monuments and Sites). 1983-cü ildə UNESCO yanında Tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib.

 

18 aprel 1873 - Görkəmli xanəndə, muğam ustası Məcid Behbudalı oğlu Behbudov (1873 - 6.9.1945) Şuşada anadan olub. Böyük müğənni Rəşid Behbudovun atasıdır. XX əsrin əvvəllərində Tiflisə köçüb, musiqi məclislərində fəal iştirak edib. Bakıda, Gəncədə Üzeyir Hacıbəylinin operalarında, Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasında çıxış edib. 30-cu illərdə bir müddət İrəvanda, sonra Qazaxda (həyat yoldaşı Firuzə Vəkilovanın yurdunda) yaşayıb, orada vəfat edib.

 

18 aprel 1897 - Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897-8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. İlk dəfə 1912-ci ildə Tağıyev teatrında Ü.Hacıbəylinin "Ər və arvad" operettasında çıxış edib. 1923-cü ildə Bakı Ali Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

 

18 aprel 1991 – Tanınmış şair və tərcüməçi Tofiq Qulam oğlu Bayram (16.12.1934, Bakı - 1991) vəfat edib. “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” jurnalında, Dövlət Teleradio Verilişləri Komitəsində işləyib. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Könlümdə yaşayanlar”, “Məsləkim-silahım”, “Ay gecikən məhəbbətim” və s.. Rus dilindən bədii tərcümələrin müəllifidir.

 

18 aprel 2001 - Prezident Heydər Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Xarici Turizm Şurası ləğv edilib, Gənclər və İdman Nazirliyinin əsasında Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə turizm sahəsinin idarəçiliyi Mədəniyyət və Turizm Nazirliyinə verilib.

 

Dünya

 

18 aprel 1819 - Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli; 1819-1895) anadan olub. ”Yüngül kavaleriya”, “Gözəl Qalateya”, “Bokkaçço” operalarının müəllifidir. 

 

18 aprel 1917 - SSRİ Xalq artisti Georgi Vitsin (1918 – 22.10.2001) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı...” ”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi və s. 

 

18 aprel 1937 — Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Svetlana Nemolyayeva anadan olub. Məşhur filmləri: “Qaraj” (Quskovun arvadı), “İşdə məhəbbət macərası” (Olqa Rıjova) və s.

 

18 aprel 1945 - Amerika fantast-yazıçısı Canet Kaqan (Janet Kagan - əsl soyadı Megson) anadan olub.

 

18 aprel 1947 - Amerika aktyoru Ceyms Vuds (James Woods) anadan olub. Filmləri: “Kazino”, “Salvador”, “Dopinq” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi