10 aprel
10 aprel 1923 – Yazıçı-dramaturq Salam Qədirzadə anadan olub...
Azərbaycan
10 aprel 1923 – Yazıçı-dramaturq Salam Qədirzadə (1923 - 16.11.1987) anadan olub. "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" və s. nəsr əsərlərinin, "Şirinbala bal yağır", "Hardasan, ay subaylıq", "Həmişəxanım" komediyalarının müəllifidir.
10 aprel 1941 - Ədəbiyyatşünas alim, nasir Allahverdi İsgəndər oğlu Eminov anadan olub.
Dünya
10 aprel 1847 - Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer, 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının yaradıcısıdır.
10 aprel 1932 – Məşhur Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub; 1932 - 10.7.2015) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”. “Çingiz xan”, “Makkennanın qızılı”, “On üçüncü döyüşçü”, “Sirli ada” və s. İki dəfə "Qızıl qlobus" mükafatı qazanıb.
10 aprel 1937 – Tatar əsilli tanınmış rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir. “Belə bir oğlan vardı”, “İdman, idman, idman” filmlərində çəkilib.
10 aprel 1951 - Amerikalı kinoaktyor Stiven Siqal (Steven Seagal) anadan olub. Filmləri: “Mühasirədə”, “Məhv etmək əmr olunub”, “Nə ölü, nə diri”, “Əcnəbi” və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: