“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.04.2013, 09:53
1420

13 aprel

A- A+

13 aprel 1946 - Rejissor, Xalq artisti Ramiz Həsənoğlu İrəvan şəhərində doğulub...

Azərbaycan

 

13 aprel 1917 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1918 - 16.5.1992) anadan olub. . “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi” və s. filmlərin quruluşçu operatorudur.

 

13 aprel 1929 - Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 - 2.11.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.

 

13 aprel 1946 - Rejissor, Xalq artisti Ramiz Həsənoğlu (Mirzəyev) İrəvan şəhərində doğulub. "Ötən ilin son gecəsi", "Qatarda", "Topal Teymur", "Günahsız Abdulla", "Ordan-burdan", "Ac həriflər", “Nigarançılıq” və s. teletamaşalara, "Cavid ömrü", “Sübhün səfiri” filmlərinə quruluş verib.

 

13 aprel 1937 - Əməkdar jurnalist, yazıçı-publisist Osman Mirzə Hüseyn oğlu Mirzəyev (1937-20.11.1991) аnаdаn оlub. "Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl", "Qartal uçuşda" kitablarının müəllifidir.

 

Dünya

 

13 aprel 1883 - Bəstəkar və dirijor, keçmiş SSRİ-nin (və indiki Rusiya Federasiyasının) dövlət himninin müəllifi Aleksandr Aleksandrov (1883-1946) anadan olub.

 

13 aprel 1883 - Rus şairi Demyan Bednı (Yefim Alekseyeviç Pridvorov, 1883-1945) anadan olub.

 

13 aprel 1906 - İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. “Qodonun intizarında”, “Oyunun sonu”, “Xoşbəxt günlər” pyeslərinin, “Molloy”, “Malon ölür”, “Adsız” romanlarının müəllifidir. Absurd teatrının yaradıcılarındandır. Bir çox əsərlərinə (o cümlədən azərbaycanlı bəstəkar Fərəc Qarayev tərəfindən “Qodonun intizarında” əsərinə) musiqilər yazılıb.

 

13 aprel 1939 — İrland şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1995) laureatı Şeymas Hini (Seamus Justin Heaney) anadan olub.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi