“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.04.2013, 09:31
1275

5 aprel

A- A+

5 aprel 1945 – Tanınmış bəstəkar, professor Oqtay Rəcəbov anadan olub...

Azərbaycan

 

5 aprel 1909 - Görkəmli bəstəkar Asəf Zeynallı (1909 - 27.10.1932) Şuşada doğulub. Azərbaycan musiqi mədəniyyəti tarixində bir sıra yeni janrların yaradıcısıdır, simfonik, kamera-vokal və instrumental əsərlər bəstələyib.

 

5 aprel 1940 - Şair, nasir, filologiya elmləri doktoru Arif Əbdürrəhman oğlu Abdullazadə (1940 - 31.5.2002) Şəkidə anadan olub. Kitabları: “Bir ovuc torpaq”, “Duyum” (roman), “Bəxtimizin kitabı” (şeirlər).

 

5 aprel 1942 - Filologiya elmləri doktoru, professor Lalə Hüseyn qızı Quliyeva anadan olub.

 

5 aprel 1945 – Tanınmış bəstəkar, professor Oqtay Məmmədağa oğlu Rəcəbov anadan olub. “Göyçək Fatma", “Xeyir və Şər” uşaq operaları, simfoniyalar, "Əlin cibində olsun" musiqili komediyası və s. əsərlərin müəllifidir. Bədii filmlərə ("Ağ atlı oğlan", “Tərsinə çevrilmiş dünya”) musiqi yazıb.

 

Dünya

 

5 aprel 1588 - İngilis filosofu Tomas Hobbs (Thomas Hobbes, 1588-1679) anadan olub. Əsərləri: “Fəlsəfənin əsasları” (trilogiya), “Leviafan, yaxud kilsə və vətındaş dövləritini forma və hakimiyyəti” .

 

5 aprel 1811 - Fransız rəssamı, müasir peyzaj rəssamlığının tanınmış siması Jül Düpre (Jules Dupre, 1811-1889) anadan olub.

 

5 aprel 1820 — Fransız fotoqrafı, karikaturaçı rəssam Feliks Nadar (Gaspard-Félix Tournachon Nadar; 1820-1910) anadan olub. Fotojurnalizmin banisidir.

 

5 aprel 1900 - Amerika aktyoru Spenser Treysi (Spencer Tracy; 1900-1967) anadan olub. “Cəsur kapitanlar” (1937) və “Oğlanlar şəhəri” (1938) filmlərində rollarına görə iki il dalbadal “Oskar” mükafatı alıb.

 

5 aprel 1902 – Yunan-rumın (aromun) əsilli məşhur Avstriya musiqiçisi, dirijor Herbert fon Karayan (Karayannis) – 1902-1989) Zalsburqda anadan olub. 35 il Berlin filarmonik orkestrinə rəhbərlik edib.

 

5 aprel 1945 - Məşhur türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 - 8.2.2004) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi