“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.05.2013, 09:57
1064

8 may

A- A+

8 may 1919 - Tanınmış bəstəkar, SSRİ Xalq artisti Soltan Hacıbəyov Şuşada doğulub...

Azərbaycan

 

8 may 1910 - Görkəmli ədəbiyyatşünas alim, professor, şair Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 - 10.8.1961) İrəvan şəhərində anadan olub.

 

8 may 1919 - Tanınmış bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Soltan İsmayıl oğlu Hacıbəyov (1919 - 19.9.1974) Şuşada doğulub. "Gülşən" baleti, "Karvan" simfonik lövhəsi, "Qızılgül" musiqili komediyası, uşaqlar üçün "İsgəndər və çoban" operası və digər musiqi əsərlərinin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru olub.

 

8 may 1930 - Ədəbiyyatşünas alim, professor Qara Mustafa oğlu Namazov Qərbi Azərbaycanda - Ermənistan SSR-in İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.

 

8 may 1992 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Şuşa şəhərini işğal ediblər. Bu işğal Azərbaycan mədəniyyətinə də ağır zərbə vurdu. Şuşa şəhərində 8 muzey, kitabxanalar, klub və mədəniyyət evləri talan edildi.

 

Dünya

 

8 may 1903 - Məşhur fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin, 1903-1971) anadan olub. Filmləri: “Balda qeyd kitabçası”, “Mademauzel Nituş”, “80 gün dünya ətrafında”, “Şeytan və on yasaq” və s.

 

8 may 1906 - İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.

 

8 may 1914 - Yəhudi əsilli tanınmış Fransa yazıçısı, ssenarist, kinorejissor Romen Hari (Roman Kasev, 1914-1980) anadan olub.

 

8 may 1975 – Məşhur ispan müğənnisi Enrike İqlesias (Enrique Miguel Iglesias Praysler) anadan olub. Dünya şöhrətli Hulio İqlesiasın oğludur. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi