“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.05.2013, 10:21
1226

10 may

A- A+

10 may 2004 - Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fond elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahəsində proqram və layihələr həyata keçirir...

Azərbaycan

 

10 may 1914 - Tanınmış inşaatçı, Əməkdar mühəndis Əliş Cəmil oğlu Ləmbəranski (1914 - 1.5.1999) Bərdənin Ləmbəran kəndində doğulub. Uzun müddət Bakı Şəhəri İcraiyyə Komitəsinin sədri işləyib.

 

10 may 1926 – Yazıçı, ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 - 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsərləri: “Tikanlı məftillər”, “Şəhriyar əfsanəsi”, “Çobanbayatı”, “Şikəstə”, “Dağ dağa söykənər...” və s. "Dağlarda döyüş", "Od içində", "Qocalar, qocalar...", "Atları yəhərləyin" (S.Rüstəmlə birlikdə, 1983), "Doğma sahillər" bədii fılmlərin ssenari müəllifıdir.

 

10 may 1934 - Ədəbiyyatşünas alim, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934-2004) Borçalıda, Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. Rus-Azərbaycan ədəbi əlaqələri mövzusunda tədqiqat əsərlərinin müəllifidir. Milli Məclisin deputatı (1995-2004) olub.

 

10 may 2004 - Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fond böyük öndərin dövlətçilik irsinin öyrənilməsi və təbliği, xeyriyyə və maarifçilik layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahəsində proqram və layihələr həyata keçirir. Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində geniş fəaliyyət göstərir. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.

 

Dünya

 

10 may 1888 - Amerika kino bəstəkarı Maks Stayner (Maximilian Raoul Steiner; 1888-1971) anadan olub. Ən yaxşı kino musiqisinə görə üç dəfə “Oskar” alıb.

 

10 may 1903 - Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.

 

10 may 1926 - Rus dramaturqu, ssenarist Kirill İosifoviç Rapoport (1926-1983) anadan olub. “Azərbaycanfilm”in istehsalı olan “Qatır Məmməd” filminin (1974) ssenari müəllifidir.

 

10 may 1931 - İtaliya rejissoru və ssenaristi Ettore Skola (Scola) anadan olub. Filmləri: “İyrənc, çirkin və zalımlar”, “Bal” və s.

 

10 may 1937 - Məşhur tacik aktyoru, teatr rejissoru, SSRİ Xalq artisti Həşim Qadoyev anadan olub. Filmləri: “Rüstəm və Zöhrab”, “Uluqbəyin ulduzu”, “Nəsrəddinin ilk məhəbbəti” və s. Azərbaycanda “Dədə Qorqud” (Qazan xan), “Əzablı yollar” (Qarayel), “Qara gölün cəngavərləri” (Qulu) filmlərində çəkilib.

 

10 may 1938 - Rus mənşəli fransız aktrisası Marina Vladi (Polyakova-Baydarova) anadan olub. Məşhur şair, müğənni və aktyor Vladimir Vısotskinin həyat yoldaşıdır.

 

10 may 1946 - Ötən əsrin 60-cı illərinin populyar şotland müğənnisi Donovan (Donovan Leitch) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi