“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.05.2013, 10:12
1517

9 may

A- A+

9 may 1909 - Görkəmli ədəbiyyatşünas-alim, akademik Məmməd Cəfər Naxçıvanda anadan olub...

Azərbaycan

 

9 may 1909 - Görkəmli ədəbiyyatşünas-alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov, 1909 - 11.5.1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin, dərsliklərin, estetik və pedaqoji problemlərə aid kitabların müəllifidir.

 

9 may 1917 - Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 - 11.1.1998) аnаdаn оlub. 

 

9 may 1967 – Əməkdar artist Xanım Qafarova (1967 - 11.7.2014) Bakıda anadan olub. Dövlət Musiqili Teatrında çalışıb, “Şirbalanın məhəbbəti”, “Yuxu” və s. filmlərdə çəkilib.

 

9 may 2012 – Xalq artisti, aktyor Süleyman Paşa oğlu Nəcəfov (1948-2012) vəfat edib. Uzun illər İrəvan Azərbaycan Dövlət Dram Teatrında çalışıb.

 

Dünya

 

9 may II Dünya müharibəsində (1939-1945) faşizm üzərində Qələbə günüdür. Bu tarixi gün Avropada mayın 8-də qeyd olunur. Çünki faşist Almaniyasının rəhbərliyi kapitulyasiya aktını imzalayanda Avropada mayın 8-i gecə, Moskvada isə artıq ayın 9-u idi.

 

9 may 1883 - Tanınmış ispan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883-1955) anadan olub. Əsərləri: “”Kütlələrin üsyanı”, “İncəsənətin humanistsizləşdirilməsi” və s.

 

9 may 1924 - Gürcü əsilli rus-sovet şairi, nasir, ssenarist Bulat Şalvoviç Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb, populyar müəllif mahnılarının ifaçısı kimi tanınıb. Okucavanın mahnıları və sözlərinə yazılmış mahnılar 80-dək filmdə (“Belarus vağzalı”, “Səhranın bəyaz günəşi” və s.) səslənir.

 

9 may 1936 - İngilis rejissoru və aktyoru Albert Finni (Albert Finney) anadan olub.

 

9 may 1940 - Məşhur Amerika rejissoru, ssenarist Ceyms Bruks (James L. Brooks) anadan olub. “Zəriflik sözləri” (1983) filmi beş “Oskar” alıb. Məşhur “Simpsonlar” çizgi filmlərinin prodüseridir.  

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi