“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.05.2013, 10:40
1746

11 may

A- A+

11 may 1904 - Dünya şöhrətli ispan rəssamı, sürrealizimin banilərindən biri, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali) anadan olub...

Azərbaycan

 

11 may 1906 - "Bakinski raboçi" (rus dilində) qəzeti nəşrə başlayıb.

 

11 may 1915 - Məşhur heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 - 15.6.1971) Şəkidə anadan olub. Azərbaycanın görkəmli ədiblərinin, mədəniyyət xadimlərinin büst-portretlərini, Bakıda Nizami Gəncəvinin, Səməd Vurğunun heykəllərini, "Azad qadın" heykəlini yaradıb.

 

11 may 1935 - Xalq yazıçısı Maqsud İbrahimbəyov anadan olub. Mənəvi-əxlaqi problemlərdən bəhs edən povest, hekayə və pyeslərin, ssenarilərin müəllifidir. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”, ”Bütün yaxşılıqlar üçün - ölüm!”, "Truskavetsə kim gedir?" və s.) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi, “Ən vacib müsahibə” və s. filmlərin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-2010) olub.

 

Dünya

 

11 may 1864 - İngilis yazıçısı Etel Lilian Voyniç (1864 - 28.7.1960) anadan olub. Polşa inqilabçısı M.Voyniçin həyat yoldaşı olub. Məşhur “Ovod” əsərini italyan xalqının XIX əsrin 30-40-cı illərindəki azadlıq mübarizəsinə həsr edib.

 

11 may 1882 - Avstriya bəstəkarı və pedaqoqu Yozef Marks (1882-1964) anadan olub.

 

11 may 1904 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 - 23.1.1989) anadan olub. Sürrealizimin banilərindən biridir. Əsərləri: “Yaddaşın sabitliyi”, “Venera Milosskaya qutularla”, “Xəlvəti şam” və s.

 

11 may 1916 - İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela, 1916-2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı”, “Apelsinlər qış meyvələridir” və s. romanların müəllifidir.

 

11 may 1937 - Məşhur gürcü kinorejissoru, ssenarist Georgi Şengelaya doğulub. Filmləri: “Pirosmani”, “Veri məhəlləsinin melodiyası” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi