“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.07.2013, 08:55
1610

22 iyul

A- A+

22 iyul 1928 - Azərbaycan SSR Mərkəzi İcraiyə Komitəsi və Xalq Komissarlığı Soveti latın qrafikalı əlifbaya keçilməsi haqqında qərar qəbul edib...

Azərbaycan

 

22 iyul Azərbaycanda "Milli mətbuat və jurnalistika günü"dür. 1875-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində cəmisi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında mühüm rol oynayıb. Qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və o, 1877-ci ildə bağlanmışdı. "Əkinçi"dən sonra Azərbaycan milli mətbuatının yeni səhifələrini açan "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (1890) və digər qəzetlər nəşrə başladı.

 

22 iyul 1884 – Məşhur filosof və tarixçi, Azərbaycanda fəlsəfə elminə mühüm töhfələr vermiş Aleksandr Osipovic Makovelski (1884, Qrodno, Belarus - 16.12.1969) anadan olub. 1920-1960-cı illərdə Bakı (Azərbaycan) Dövlət Universitetində dərs deyib, Azərbaycan EA-nın akademiki (1949), Fəlsəfə İnstitutunun direktoru olub. Antik fəlsəfə, Yaxın Şərq xalqlarının fəlsəfəsinə dair tədqiqatların müəllifidir.

 

22 iyul 1928 - Azərbaycan SSR Mərkəzi İcraiyə Komitəsi və Xalq Komissarlığı Soveti yeni - latın qrafikalı əlifbaya keçilməsi haqqında qərar qəbul edib. Latın qrafikalı əlifbaya keçid 1929-cu il yanvarın 1-də rəsmən gerçəkləşdi. 10 il sonra isə latın qrafikalı əlifbanı kiril əlifbası əvəzlədi.

 

22 iyul 1941 – Xalq artisti, tanınmış diktor, teatr xadimi Yusif Mehdi oğlu Muxtarov (1941-25.4.2010) Sabirabad rayonunun Kür kəndində doğulub. “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində, M.Bayciyevin «Duel», Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim” (“Sərvi boylum, al yaylıqlım”) televiziya tamaşalarında çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib. 

 

22 iyul 1959 – Tanınmış şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959-6.7.2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) və s. kitabların müəllifidir.

 

Dünya

 

22 iyul 1882 – Türkiyənin görkəmli hərbi və dövlət xadimi Kazım Karabəkir Paşa   (1882-1946) anadan olub. 1918-ci ildə Azərbaycanın istiqlalına yardıma gəlmiş türk (Osmanlı) ordusunun komandanlarından olub.

 

22 iyul 1889 - Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Ueyl (James Whale; 1889-1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev” (Con Boynton Pristlinin əsəri üzrə), “Gözəgörünməz adam” (Herbert Uellsin əsəri əsasında), “Dəmir maskalı adam” (Aleksandr Dümanın əsəri üzrə) və s.

 

22 iyul 1896 - Rus kinorejissoru Vladimir Petrov (1896-1966) anadan olub. “Günahsız müqəssirlər”, “Birinci Pyotr”, “Kutuzov” və s. filmlərin müəllifidir.

 

22 iyul 1926 - Rus yazıçısı Sergey Baruzdin (1926-1991) anadan olub. Əsərləri: “Qadınlar haqqında povest”, “Yarpaq tökümü” və s. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.

 

22 iyul 1946 - Məşhur fransız estrada müğənnisi Mirey Matye (Mireille Mathieu) anadan olub.

 

22 iyul 1946 - Amerika yazıçısı, kinorejissor Pol Şreder (Paul Joseph Schrader) anadan olub. “Göy yaxalıqlar”, “Pişik adamlar” filmlərini çəkib.

 

22 iyul 1951 - Rus estrada müğənnisi Oleq Qazmanov anadan olub.

 

22 iyul 1955 - Amerika kinoaktyoru Uillem Defo (Willem Dafoe) anadan olub. Filmləri: “İsanın sonuncu günahı”, “Taqım”, “Missisipi od içində”, “Sürət-2” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi