“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.07.2013, 09:17
1574

23 iyul

A- A+

23 iyul 2011 – Tanınmış xanəndə, Əməkdar artist, Prezident təqaüdçüsü Sabir Nüsrət oğlu Mirzəyev vəfat edib...

Azərbaycan

 

23 iyul 1883 - Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Tofiq - Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 - 8.5.1912) anadan olub.  Əsərləri: “Türk ədəbiyyatına bir nəzər”, “Ədəbiyyat məcmuəsi” və s.

 

23 iyul 1916 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Maral Rəhmanzadə (1916 – 16.3.2008) anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.

 

23 iyul 1941 – Tanınmış müğənni, Xalq artisti Flora Ələkbər qızı Kərimova anadan olub. Bir çox bəstəkar mahnıları onun ifasında populyarlıq qazanıb. “Qanun naminə" (1968) filmində (Züleyxa) çəkilib. “Alma almaya bənzər”, “Gün keçdi”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi” və s. filmlərdə, televiziya tamaşalarında (“Səni axtarıram”) mahnıların ifaçısı olub.

 

23 iyul 2011 – Tanınmış xanəndə, Əməkdar artist, Prezident təqaüdçüsü Sabir Nüsrət oğlu Mirzəyev (1942, Cəlilabad -23.7.2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. İfa etdiyi muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları”, “Gülə-gülə” və s.) televiziya və radionun “qızıl fond”unda saxlanılır.

 

Dünya

 

23 iyul 1884 - Alman aktyoru, «Oskar» mükafatının ilk əcnəbi laureatı Emil Yanniqs (Emil Jannings; 1884-1950) anadan olub.

 

23 iyul 1888 - Amerika yazıçısı Reymond Çandler (Raymond Chandler; 1888-1959) anadan olub. Detektiv Filip Marlounun baş qəhrəman olduğu romanların müəllifidir. Əsərləri əsasında “Dərin yuxu”, “İkiqat sığorta” və s. filmlər çəkilib.

 

23 iyul 1901 - Rus əsilli Fransa rəssamı Jorj Annenkov (Yuri Annenkov; 1901-1974) anadan olub.

 

23 iyul 1915 - Rus-sovet şairi, bir çox populyar mahnıların sözlərinin müəllifi Mixail Matusovski (1915-1990) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi