“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.07.2013, 10:42
1825

29 iyul

A- A+

29 iyul 1900 - Nobel üzrə ədəbiyyat mükafatı laureatı (1974), İsveç yazıçısı Eyvind Gunson anadan olub...

Azərbaycan

 

29 iyul 1993 - BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və Ağdamın işğalı ilə bağlı 853 saylı qətnamə qəbul edib. Qətnamədə erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunurdu. Lakin sənəddə Ermənistanın adı təcavüzkar kimi hallanmırdı. Bundan öncəki 822 saylı və sonrakı 874, 884 saylı qətnamələr də təxminən eyni məzmunda qəbul olunmuşdur.

 

Dünya

 

29 iyul 1805 - Fransız yazıçısı və tarixçisi Aleksis de Tokvil (Charles Alexis Henri Maurice Clerel de Tocqueville, 1805-1859) anadan olub. Əsərləri: “Amerikada demokratiya”, “Köhnə qayda-qanun və inqilab”.

 

29 iyul 1900 - İsveç yazıçısı Eyvind Gunson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub. 1974-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
 

29 iyul 1918 - Rus yazıçısı Vladimir Dudinsev (1918-1998) anadan olub. Əsərləri: “İnsan tək çörək üçün yaşamır”, “Ağ geyimlər”.

 

29 iyul 1921 - Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızdır” və s.

 

29 iyul 1925 - Yunan bəstəkarı, məşhur «Sirtaki» rəqsinin müəllifi Mikis Teodorakis anadan olub.
 

29 iyul 1954 – Məşhur bəstəkar, Rusiyanın Xalq artisti İqor Krutoy anadan olub. 300-dən çox mahnının müəllifidir, “Muz TV” kanalının, “Yeni dalğa” (Yurmala) musiqi festivalının yaradıcılarından biridir.

 

29 iyul 1963 - Amerika aktrisası Aleksandra Pol (Alexandra Paul) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi