“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.07.2013, 10:47
1752

30 iyul

A- A+

30 iyul 2007 - Dünya şöhrətli İsveç rejissoru, ssenarist İnqmar Berqman vəfat edib...

Azərbaycan

 

30 iyul 1918 - Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə rus işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub. Hökumətin qərarı ilə çar Rusiyası dövründə Karyagin adı verilmiş Cəbrayıl qəzasının da tarixi adı bərpa edilib. 1930-cu illərdə Gəncənin adı yenidən dəyişdirildi (Kirovabad), 1989-cu ildə təkrar tarixi adı özünə qaytarıldı.

 

30 iyul 1942 - Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942-9.9.1996) аnаdаn оlub.

 

Dünya

 

30 iyul 1511 - İtalyan memarı, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari, 1511-1574) anadan olub.
 

30 iyul 1818 - İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818-1848) anadan olub. Məşhur yazıçı Şarlotta Brontenin bacısıdır. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.

 

30 iyul 1947 – Avstriya əsilli məşhur Amerika kinoaktyoru Arnold Şvarsnegger (Arnold Alois Schwarzenegger) anadan olub. Filmləri: “Konan-varvar”, “Terminator”, “Kommando”, “Yırtıcı”, “Qırmızı hərarət”, “Gerçək yalan” və s. 2003-2009-cu illərdə Kaliforniya ştatının qubernatoru olub.  

 

30 iyul 1948 – İspan əsilli məşhur fransız aktyoru Jan Reno (Jean Reno - Juan Juan Moreno y Herrera Jiménez) anadan olub. Filmləri: “Leon”, “Nikita”, “Qodzilla”, “Yaquar”.

 

30 iyul 1950 - İtalyan rejissoru Qabriele Salvatores (Gabriele Salvatores) anadan olub. Filmləri: “Aralıq dənizi” (“Oskar”, 1992), “Nirvana” və s.

 

30 iyul 1974 - Amerika aktrisası, Hilari Snouk (Hilary Ann Swank) anadan olub. “Oğlanlar ağlamır” və “Bir milyonluq meymun” filmlərində rollarına görə “Oskar”a layiq görülüb.

 

30 iyul 2007 - Dünya şöhrətli İsveç rejissoru, ssenarist İnqmar Berqman (Ernst Ingmar Bergman; 14.12.1918 - 2007) vəfat edib. Filmləri: “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq”, “Qızlar bulağı” (“Oskar”) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi