“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.07.2013, 10:34
1858

27 iyul

A- A+

27 iyul 1991 - Əməkdar incəsənət xadimi, pianoçu, «Dan ulduzu» instrumental ansamblının bədii rəhbəri Gülarə Əliyeva vəfat edib...

Azərbaycan

 

27 iyul 1991 - Əməkdar incəsənət xadimi, pianoçu, «Dan ulduzu» instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7. 1991) vəfat edib. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir. 

 

27 iyul 2012 - Müasir Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam, Zahid İsa oğlu Hüseynov (20.3.1945 – 2012) vəfat edib. Azərbaycan Rəssamlıq Akademiyasının professoru, “Dekorativ-tətbiqi sənət” kafedrasının müdiri olub. 

 

Dünya

 

27 iyul 1824 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas fils; 1824 – 27.11.1895) anadan olub. Məşhur macəra romanları müəllifi Aleksandr Dümanın oğludur. İlk kitabı “Gəncliyin günahları” adlı şeirlır toplusu olub. 1848-ci ildə çap olunan “Kameliyalı qadın” romanı (və onun əsasında eyniadlı pyes) yazıçıya şöhrət gətirib. Digər əsərləri: “Diana de Lis”, “Yarıqaranlıq” pyesləri, “Doktor Servan”, “Üç güclü kişi” povestləri və s. “Kameliyalı qadın” əsasında Cüzeppe Verdi “Traviata” operasını yazıb.

 

27 iyul 1835 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1906) laureatı Cozue Karduççi (Giosue Carducci, 1835-1907) anadan olub.

 

27 iyul 1853 - Rus yazıçısı Vladimir Korolenko (1853-1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Axmaq cəmiyyətdə”, “Yeraltı aləmin uşaqları” və s.

 

27 iyul 1915 - İtaliya opera müğənnisi, dünya şöhrətli tenor Mario del Monako (Mario del Monaco; 1915-1982) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi