“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.08.2013, 10:21
1703

2 avqust

A- A+

2 avqust 1898 - Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişonun çəkdiyi bir neçə kinosüjet nümayiş etdirib...

Azərbaycan

 

2 avqust 1898 - Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişonun çəkdiyi bir neçə kinosüjet nümayiş etdirib: “Bibiheybətdə neft fontanı yanğını”; “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paroxodunda yolasalma mərasimi”; “Qafqaz rəqsi”; “İlişdin” (Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat). Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust Azərbaycan kinosu günü elan olunub.

 

2 avqust 1955 – Tanınmış aktyor, Xalq artisti Fəxrəddin Manafov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində anadan olub. 1978-ci ildən C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında, eləcə də bir sıra xarici ölkələrdə filmlərə çəkilib. Filmləri: “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Gecə qatarında qətl”, “Təhminə”, “Otel otağı”, “Hökmdarın taleyi” və s.

 

2 avqust 1969 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (20.5.1907 – 1969) vəfat edib. Uzun illər Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.

 

2 avqust 1980 – Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (14.1.1923 - 1980) avtomobil qəzasında dünyasını dəyişib. 1952-ci ildən Dövlət Akademik Milli Dram Teatrında rejissor, 1964-cü ildən baş rejissor işləyib. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması T.Kazımovun adı ilə bağlıdır.

 

2 avqust 1984 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə, 20.8.1912 - 1984) vəfat edib. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının müəllifidir.

 

2 avqust 2009 – Tanınmış aktyor Elxan Ağahüseyn oğlu Ağahüseynov (8.12.1942 -2009) vəfat edib. Uzun illər Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. «Axırıncı aşırım», «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» filmlərinə çəkilib.

 

Dünya

 

2 avqust 1834 - Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. ABŞ-ın Nyu-York şəhərindəki məşhur «Azadlıq» heykəlinin müəllifidir.

 

2 avqust 1871 - Amerika rəssamı, «realistlər məktəbi»nin banilərindən biri Con Sloan (John French Sloan, 1871-1951) anadan olub.

 

2 avqust 1892 - Amerikanın «Warner Brothers» kinokorporasiyasının qurucularından olan Cek Leonard Uorner (Jack Leonard Warner; 1892-1978) anadan olub.

 

2 avqust 1905 - Məşhur Amerika kinoaktrisası Mirna Loy (Myrna Loy, 1905-1993) anadan olub.

 

2 avqust 1932 - İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.

 

2 avqust 1939 - Amerika kinorejissoru, prodüser və ssenarist Ues Kreyven (Wesley Earl Craven) anadan olub. Məşhur “qorxu filmləri”nin müəllifidir: “Soldan sonuncu ev”, “Təpələrin də gözü var” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi