“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.08.2013, 10:03
1131

24 avqust

A- A+

24 avqust 1896 - Sənətşünas alim Məhəmməd Ağaoğlu İrəvan şəhərində anadan olub.1920-ci ildən Türkiyədə, sonra Amerikada mühacirətdə yaşayıb...

Azərbaycan

 

24 avqust 1896 - Sənətşünas alim Məhəmməd Ağaoğlu (1896-1949) İrəvan şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal muzeyinin yaradılmasında (1919) iştirak edib. 1920-ci ildə Türkiyəyə, oradan isə Amerikaya gedib. Detroytda "İslam incəsənəti qalereyası"nda çalışıb, Miçiqan Universitetində dərs deyib, "Art islamika" ("İslam incəsənəti") jurnalının redaktoru olub. "Səfəvi xalçaları və parçaları", "İslam incəsənəti haqqında qeydlər" və s. kitabların müəllifidir.

 

24 avqust 1926 - Bəstəkar Nazim Ağalar oğlu Əliverdibəyov (1926 - 16.2.1986) anadan olub. Üzeyir Hacıbəylinin "Әsli vә Kәrәm", "Leyli vә Mәcnun" operalarını yenidәn orkestrlәşdirib. “Gilas ağacı”, “Çarvadarların izi ilə”, “Vulkana doğru”  və s. filmlərə musiqi yazıb.

 

Dünya

 

24 avqust 1899 - Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (Jorge Luis Borges; 1899-1986) anadan olub. Əsərləri: “Alef”, “Yaradan”, “Uydurmalar” və s.

 

24 avqust 1903 - İngilis rəssamı və dizayneri Qrehem Vivian Sazerlend (Graham Vivian Sutherland, 1903-1980) anadan olub.

 

24 avqust 1947 – Tanınmış Braziliya yazıçısı və şairi Paulo Koelyo (Paulo Coelho) anadan olub. "Kimyagər" romanı ilə məşhurlaşıb. "Zəvvarlıq" və ya "Kahinin gündəliyi", "Valkiriya", "Beşinci dağ", "İblis və senyorita Prim", "On bir dəqiqə" "Qalib tək qalır" və s. romanların müəllifidir.

 

24 avqust 1948 - Fransız bəstəkar, elektron musiqinin ilk yaradıcılarından biri Jan-Mişel Jarr (Jean-Michel André Jarre) anadan olub.

 

24 avqust 1957 - Məşhur ingilis komediya aktyoru, rejissor, teleaparıcı və yazıçı Stiven Fray (Stephen John Fry) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi