“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.08.2013, 10:27
1630

22 avqust

A- A+

22 avqust 1999 – Məşhur rus aktyoru Aleksandr Demyanenko vəfat edib...

Azərbaycan

 

22 avqust 1922 - Mədəniyyət xadimi Adilə (Adelaida) İrza qızı Məmmədova (1922 - 25.4.2015) anadan olub. Azərbaycan peşəkar vokal ifaçılığının banisi, SSRİ Xalq artisti Bülbülün ömür-gün yoldaşıdır. Bülbülün həyat və yaradıcılığı haqqında kitabların ("Bülbül vokal sənətinin zirvəsidir", "Bizim Bülbül - dünyanın Bülbülü" və s.), məqalələrin müəllifidir. Uzun illər Bülbülün memorial muzeyinin direktoru işləyib. "Şöhrət" ordeni (2007) ilə təltif edilib.   

 

22 avqust 1965 – Şairə, tədqiqatçı, yazıçı, tərcüməçi Nuridə Atəşi anadan olub. 1995-ci ildən Almaniyada yaşayır. Əsərlərini Azərbaycan, alman və türk dillərində yazır. Aktiv ictimai fəaliyyət göstərir, 2002-ci ildən Berlində təsis etdiyi Nizami Gəncəvi adına Mədəniyyət İnstitutuna rəhbərlik edir.  

 

Dünya

 

22 avqust 1862 - Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862-1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.

 

22 avqust 1920 – Məşhur amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920-6.6.2012) anadan olub. “Mars xronikaları”, “Farenqeytlə 451 dərəcə”, “Fəlakət gəlir” və s. romanların müəllifidir.

 

22 avqust 1999 – Məşhur rus aktyoru Aleksandr Demyanenko (30.5.1937 - 1999) vəfat edib. “Qafqaz əsiri”, “I əməliyyatı”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. populyar komediya filmlərində çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi